Portuqaliya Mətbəxi Qəlyanaltılar Şirniyyatlar

🍰 Nata Şirniyyatı

pexels nguyendesigner 9633530
🍮 Tarixi və Vətəni

Pastel de Nata şirniyyatının vətəni Portuqaliya hesab olunur. Bu məşhur kremli tartın tarixi təxminən XVIII əsrə gedib çıxır.

🏛 Tarixi:

Rəvayətə görə, bu şirniyyat ilk dəfə Jerónimos Monastery monastırında yaşayan rahiblər tərəfindən hazırlanıb. O dövrdə rahiblər paltarları nişastalamaq üçün çoxlu yumurta ağından istifadə edirdilər. Nəticədə çoxlu yumurta sarısı artıq qalırdı.

Rahiblər həmin sarılardan istifadə edərək müxtəlif şirniyyatlar hazırlamağa başladılar. Bu prosesdə xırtıldayan tart xəmiri və yumurta sarısından hazırlanan kremi birləşdirilərək məşhur Pastel de Nata şirniyyatı yaradıldı.

🏙 Yayılması:

1820-ci illərdə Portuqaliyada baş verən siyasi dəyişikliklər nəticəsində monastırlar bağlanmağa başladı. Rahiblər resepti gizli şəkildə bir şəkər zavoduna satdılar.

1837-ci ildən etibarən isə bu şirniyyat Pastéis de Belém adlı məşhur şirniyyat evində hazırlanaraq satılmağa başlandı. Bu məkan bu gün də orijinal reseptlə hazırlanmış Nata ilə məşhurdur.

🌍 Dünyada məşhurluğu:

Zaman keçdikcə Pastel de Nata bütün dünyaya yayıldı. Xüsusilə: Avropada, Braziliyada, Asiya ölkələrində (Makao və Honq Konq) bu desert çox sevilən şirniyyatlardan biridir.

pexels foodphotography 29218689
3387eb304a804a58a0bc3a5d7ce02b369d84b309c3aa6447b8aed01bdb2bab3c?s=30&d=mm&r=gTurana Haciyeva

Pastel de Nata

Dünyanın ən məşhur desertlərindən biri olan Pastel de Nata  xırt-xırt tartı və vanilli yumşaq, ipəkvari kremli içliyi ilə bir çox insanın sevimli şirniyyatına çevrilib. Portuqaliya mətbəxinə aid olan bu desert adətən qəhvə ilə birlikdə təqdim edilir və ev şəraitində də rahatlıqla hazırlana bilir.
Prep Time 1 hour 20 minutes
Cook Time 30 minutes
Total Time 1 hour 50 minutes
Servings: 12 ədəd hazır nata
Course: qəlyənaltı, səhər yeməyi, şirniyyat
Cuisine: Dünya mətbəxi, Portuqaliya mətbəxi
Calories: 3211

Ingredients
  

Tart üçün:
  • 2 paçka Milfoy xəmiri və ya
  • 1 ədəd yumurta
  • 2 x.q x.q xama
  • 300 qr un
  • 100 qr kərə yağı
  • 1 çimdik duz
  • ½ st su lazım olsa
Şərbət üçün:
  • 1 st şəkər tozu
  • 1/2 st su
  • 1 paçka vanilin
  • 1 ədəd limon qabığı
  • 1 ədəd balaca darçın çubuğu
Krem üçün:
  • 1 x.q un
  • 1 x.q kraxmal
  • 2 st süd
  • 4 ədəd yumurta sarısı
  • 1 çimdik duz (dadlandırmaq üçün)

Method
 

Xəmirin hazırlanması:
  1. Un, kərə yağı, duz, xama və yumurtanı bir qabda qarışdırıb xəmir yoğuraq. Xəmirin çox bərk olmaması üçün az miqdarda su əlavə etmək olar. Nəticədə ələ yapışmayan, yumşaq xəmir əldə olunmalıdır.
  2. Sonra xəmiri streçə büküb 30 dəqiqə soyuducuda saxlayaq.
Kremin hazırlanması:
  1. İlk öncə şərbətini hazırlayaq. Bunun üçün bir qazana şəkər tozu, su, vanilin, limon qabığı və darçını əlavə edib, 5 dəqiqə qaynadaq və soyumağa qoyaq.
  2. Başqa bir qazanda süd, un, kraxmal və çox az miqdarsa duzu qarışdırıb ocağa qoyaq və qarışdıra-qarışdıra qatılaşana qədər bişirək.
  3. Qatılaşdıqdan sonra ocaqdan götürüb, hazırladığımız şərbəti az-az əlavə edə edə qarışdıraq.
  4. Ən sonda yumurta sarılarını bir-bir əlavə edib qarışdıraq. İçərisində topaqların qalmaması üçün əldə etdiyimiz kremi süzgəcdən keçirək.
Formaya yerləşdirməsi:
  1. Soyuducuya yerləşdirdiyimiz xəmiri və ya otaq temperaturunda açılmış milföy xəmirini oxlov vasitəsilə açaq. Sonra rulon şəklində yığıb, balaca bərabər hissələrə bölək.
  2. Maffin qabı ölçüsündə yayaq.
  3. Kiçik maffin qablarını az miqdarda yağla yağlayıb hazırladığımız xəmiri qabın içinə tam yerləşdirək. İçinə hazırladığınız kremi əlavə edək.
Bişirmə qaydası:
  1. Əvvəlcədən 360°C-də qızdırılmış sobada təxminən 20–25 dəqiqə bişirək.
  2. Üstü qızılı rəng aldıqda şirniyyat hazırdır.
🍽️Servis üçün:
  1. Üzərinə bir az darçın və ya şəkər pudrası səpmək olar.
  2. Nata şirniyyatını isti və ya ilıq halda yedikdə daha dadlı olur. NUŞ OLSUN!

Notes

  • Kremə şərbəti əlavə edərkən qarışımın çox duru olmamasına diqqət etmək lazımdır. Əldə etdiyimiz qarışım krem kimi qatı olmalıdır.
  • Xəmir maffin qabının bütün kənarlarını örtməlidir.
  • Milföy xəmiri ilə hazırlanan tart tez bişir. Buna görə tartları yerləşdirdiyimiz tavanı sobanın üst hissəsinə yaxın mərtəbəsinə yerləşdirmək məsləhətdirki, içlik və milföy eyni anda bişsin.
pexels jacqueline goncalves 2155137161 34334096
pexels jacqueline goncalves 2155137161 34334099

Leave a Reply

You may also like...