Ingredients
Method
Xəmirin hazırlanması:
- Un, kərə yağı, duz, xama və yumurtanı bir qabda qarışdırıb xəmir yoğuraq. Xəmirin çox bərk olmaması üçün az miqdarda su əlavə etmək olar. Nəticədə ələ yapışmayan, yumşaq xəmir əldə olunmalıdır.
- Sonra xəmiri streçə büküb 30 dəqiqə soyuducuda saxlayaq.
Kremin hazırlanması:
- İlk öncə şərbətini hazırlayaq. Bunun üçün bir qazana şəkər tozu, su, vanilin, limon qabığı və darçını əlavə edib, 5 dəqiqə qaynadaq və soyumağa qoyaq.
- Başqa bir qazanda süd, un, kraxmal və çox az miqdarsa duzu qarışdırıb ocağa qoyaq və qarışdıra-qarışdıra qatılaşana qədər bişirək.
- Qatılaşdıqdan sonra ocaqdan götürüb, hazırladığımız şərbəti az-az əlavə edə edə qarışdıraq.
- Ən sonda yumurta sarılarını bir-bir əlavə edib qarışdıraq. İçərisində topaqların qalmaması üçün əldə etdiyimiz kremi süzgəcdən keçirək.
Formaya yerləşdirməsi:
- Soyuducuya yerləşdirdiyimiz xəmiri və ya otaq temperaturunda açılmış milföy xəmirini oxlov vasitəsilə açaq. Sonra rulon şəklində yığıb, balaca bərabər hissələrə bölək.
- Maffin qabı ölçüsündə yayaq.
- Kiçik maffin qablarını az miqdarda yağla yağlayıb hazırladığımız xəmiri qabın içinə tam yerləşdirək. İçinə hazırladığınız kremi əlavə edək.
Bişirmə qaydası:
- Əvvəlcədən 360°C-də qızdırılmış sobada təxminən 20–25 dəqiqə bişirək.
- Üstü qızılı rəng aldıqda şirniyyat hazırdır.
🍽️Servis üçün:
- Üzərinə bir az darçın və ya şəkər pudrası səpmək olar.
- Nata şirniyyatını isti və ya ilıq halda yedikdə daha dadlı olur. NUŞ OLSUN!
Notes
- Kremə şərbəti əlavə edərkən qarışımın çox duru olmamasına diqqət etmək lazımdır. Əldə etdiyimiz qarışım krem kimi qatı olmalıdır.
- Xəmir maffin qabının bütün kənarlarını örtməlidir.
- Milföy xəmiri ilə hazırlanan tart tez bişir. Buna görə tartları yerləşdirdiyimiz tavanı sobanın üst hissəsinə yaxın mərtəbəsinə yerləşdirmək məsləhətdirki, içlik və milföy eyni anda bişsin.
