Qabları təmizləmək üçün evdə hazırlanan təbii vasitələr
Ekoloji cəhətdən təhlükəsiz, tərkibində kimyəvi maddələr olmayan ancaq təbii vasitələrlə, ev şəraitində hazırlaya biləcəyiniz ən ucuz və ən asan yollar.
Bütün bu təbii vasitələr kimyəvi yuyuculara yaxşı alternativlərdir. 🧽✨
🧴 1. Yağ təmizləyici olaraq soda və limon qarışımı
1 xörək qaşığı soda, yarım limon suyu və bir az isti suyu yaxşıca qarışdırıb, süngər vasitəsilə qabları təmizləyin.
Bu üsul yağları tez təmizləyir və pis qoxunu aradan qaldırır.
🍶 2. Dezinfeksiya üçün sirkə və su məhlulu
1 stəkan sirkə və 1 stəkan suyu qarışdırıb sprey şüşəsinə tökün. Qablara və ya lavaboya səpib yuyun.
Bu üsul bakteriyaları azaldır və ləkələri çıxarır.
🧂 3. Yanmış qablar üçün duz və limon qarışığı
Yanmış qazanın üzərinə 1 x.q duz və yarım limon suyunu töküb, 3-5 dəqiqə saxlayın, sonra qzanı yuyun.
Bu üsul ilə yanmış ləkələri yumşalacaq və qablar parıldayacaq.
🌿 4. Çox çirkli qablar üçün soda və sirkə qarışığı
1 xörək qaşığı soda, 2 xörək qaşığı sirkə və isti suyu qarışdırıb, qabları yumaq olar.
Onuda qeyd edimki bu qarışım zamanı köpük yaranacaqdır.

