Desertlər Qəlyanaltılar Rusiya Mətbəxi Şirniyyatlar

Kəsmikli oladi-pankek

pexels myfoodie 2551599

Kəsmikli oladi Şərqi Avropa mətbəxində məşhur olan sadə və qidalı qəlyənaltılardan biridir. Bu yeməyin əsas vətəni kimi daha çox Rusiya göstərilir. Burada kəsmiklə hazırlanan müxtəlif oladi və blin növləri çox geniş yayılmışdır.

Eyni zamanda bu yemək UkraynaBelarus mətbəxlərində də tez-tez hazırlanır.

Bu gün kəsmikli oladi səhər yeməyi və ya çay süfrəsi üçün tez hazırlanan, yüngül və ləzzətli yemək kimi tanınır.

pexels matvalina 17792031
3387eb304a804a58a0bc3a5d7ce02b369d84b309c3aa6447b8aed01bdb2bab3c?s=30&d=mm&r=gTurana Haciyeva

Sadə kəsmikli oladi resepti

Kəsmikli oladi yumşaq teksturası və yüngül dadı ilə sevilən sadə qəlyənaltılardan biridir. Bu resept səhər yeməyivə ya çay süfrəsi üçün ideal seçimdir. Az ərzaqla hazırlanan bu oladilər həm doyumlu, həm də çox ləzzətlidir.
Prep Time 10 minutes
Cook Time 10 minutes
Total Time 20 minutes
Servings: 8 ədəd hazır oladi
Course: qəlyənaltılar, səhər yeməyi
Cuisine: Asiya mətbəxi, Avropa mətbəxi, Rusiya mətbəxi
Calories: 520

Ingredients
  

  • 200 qr kəsmik
  • 1 ədəd yumurtanın sarısı
  • 2 x.q mannı
  • 1 x.q kraxmal (kartof)
  • 1 x.q xq şəkər tozu
  • 1 çimdik duz
  • 1 paçka vanilin
  • 1 ç.q duru yağ
🍽️ Servis üçün:
Servis zamanı oladilərin üzərinə müxtəlif əlavələr etmək olar.
  • bal
  • şokolad sousu
  • mürəbbə suyu
  • yerfıstığı yağı
  • təzə meyvələr

Method
 

  1. Bir qabda kəsmiyi çəngəllə əzib, üzərinə yumurta sarısını əlavə edib yaxşıca qarışdıraq.
  2. Sonra üzərinə mannı, kraxmal, duzu, şəkər tozu və vanilini əlavə edib, qarışığı bir qədər bərkiyənə qədər qarışdıraq.
  3. Hazır qarışıqdan qaşıqla götürüb kiçik kiçik ölçülü oladilər hazırlayaq.
  4. Tavaya az miqdarda yağ əlavə edib, qızdıraq və oladiləri tavaya düzək.
  5. Hər iki tərəfini qızılı rəng alana qədər qızardaq.
  6. Oladilərimiz artıq servisə hazırdır. NUŞ OLSUN!

Notes

  1. Servis üçün üzərinə meyvə əlavə edə bilərsiniz. İstəyə görə bal, şokalad, püstə, yerfistığı yağı, mürəbbə suyu, xama, şəkər pudrası və ya bişmiş süd ilə dadlandıra bilərsiniz.
  2. Üzərinə əlavə olunan souslar şirin olduğu üçün oladiləri hazırlayarkən şəkər tozunu çox artırmamaq məsləhətdir.
  3. Oladini bişərkən tavanın ağızı mütləq açıq olmalıdır.
  4. İstəyə görə oladini sobada yağlı kağız üzərində də bişirmək mümkündür.

Leave a Reply

You may also like...