Ingredients
Method
- Bir qabda kəsmiyi çəngəllə əzib, üzərinə yumurta sarısını əlavə edib yaxşıca qarışdıraq.
- Sonra üzərinə mannı, kraxmal, duzu, şəkər tozu və vanilini əlavə edib, qarışığı bir qədər bərkiyənə qədər qarışdıraq.
- Hazır qarışıqdan qaşıqla götürüb kiçik kiçik ölçülü oladilər hazırlayaq.
- Tavaya az miqdarda yağ əlavə edib, qızdıraq və oladiləri tavaya düzək.
- Hər iki tərəfini qızılı rəng alana qədər qızardaq.
- Oladilərimiz artıq servisə hazırdır. NUŞ OLSUN!
Notes
- Servis üçün üzərinə meyvə əlavə edə bilərsiniz. İstəyə görə bal, şokalad, püstə, yerfistığı yağı, mürəbbə suyu, xama, şəkər pudrası və ya bişmiş süd ilə dadlandıra bilərsiniz.
- Üzərinə əlavə olunan souslar şirin olduğu üçün oladiləri hazırlayarkən şəkər tozunu çox artırmamaq məsləhətdir.
- Oladini bişərkən tavanın ağızı mütləq açıq olmalıdır.
- İstəyə görə oladini sobada yağlı kağız üzərində də bişirmək mümkündür.
