Kimçi Koreya mətbəxinin ən qiymətli simvollarından biridir və bu ölkədə milli xəzinə hesab olunur. Kimçi Koreyalıların süfrələrinin ayrılmaz bir hissəsi olub, öz çeşidliliyi ilə göz oxşayır. Yalnız Çin kələmi ilə deyil, xiyar və turpdan da kimçi hazırlamaq olar.
Koreya kimçisinin tərkibi çox çeşidli ərzaqlardan ibarətdir. Hər bölgənin həm ağız dadını və ərzaq məhdudluğunu nəzərə alaraq bügün sizə təqdim edəcəyim resept vasitəsilə ev şəraitində də hazırlaya biləcəsiniz.

Ingredients
Method
Ərzaqların hazırlanması:
- Soğan, alma, armud, zəncəfil, sarımsaq, ançous turşusu və xırda krivetka turşusunu (məcburi deyil) blenderdən keçirək.
- Yaşıl soğanı iri-iri hissələrə bölək, turp, kökü isə uzunsov doğrayaq.
- Sonra bu ərzaqları bir birinə qarışdıraq.
Hazırlanma qaydası:
- İlk öncə Çin kələmini 4 yerə ayırıb başının sərt hissəsini kəsib çıxaraq. Sonra suda yaxşıca yuyub, hər tərəfini duzlayaq. Duzladığımız kələmi dərin qaba yerləşdirib, üzərinə ağırlıq qoyaq. Bu qaydada 1 gün duzda qalmalıdır.
- Bir gündən sonra kələmdən çıxan suyu töküb, üzərinə təmiz su əlavə edək. Suda bir az saxladıqdan sonra kələmləri sudan çıxardıb sıxaq ki, artıq suyu qalmasın.
- Və ya iri süzgəcli qablara yığıb üzərinə ağırlıq qoyaraq suyunun çıxmasını gözləyə bilərsiniz.
- Düyü püresi hazırlamaq üçün su və düyü ununu qarışdırıb, orta odda qatılaşana kimi qaynadaq. Qarışdırmağı unutmayaq, yoxsa xəmir kimi olar. Çoxda qatı olmayan məhlul alınandan sonra soyumaya qoyaq.
- Soyumuş düyü püresinə doğradığımız ərzaqları, ədviyyatları və soya sousunu əlavə edib yaxşıca qarışdıraq.
- Hazırladığınız sousu kələmin hər ləçəyinin arasına bərabər miqdarda çəkək.
- Hazırladığımız Kimçini saxsı və ya plastik qablara yığıb sərin yerdə saxlamaq olar. Və ya soyuducuda da saxlamaq olar. Əsas günəş şüalarından uzaq saxlamaq lazımdır.
- 10 – 14 gün ərzində istifadəyə hazır olacaqdır.
Notes
- Hazırlıq zamanı mütləq rezin əlcəkdən istifadə etmək lazımdır.
- Mövsümdən asılı olaraq yetişmiş xurma əlavə etməklə kimçinin dadını daha balanslaşdırmaq olar. Bu zaman şəkər tozu vurmağa ehtiyac olmayacaq.
- Ançous turşusu əvəzinə balıq sousu istifadə edə bilərsiniz.
- Təzə zəncəfilin əvəzinə 1 ç.q. zəncəfil tozu da istifadə edə bilərsiniz.
- Turp seçimində – uzunsov turplardan yana seçim etsəniz daha yaxşı olar.
- Kələm seçimində də Çin kələmi seçsəniz daha yaxşı olar. Bizim yerli kələmlərimizlə eyni dadı almaq olmur.
- Çin kələmi duza qoyulduğu üçün sousunda ayrıca duzdan istifadə olunmur.
- Kimçinin rənginin qırmızı olmasını istəyirsinizsə – 1 ədəd balaca çuğunduru rəndələyib, ərzaqlara qarışdıra və ya yalnız suyunu tökə bilərsiniz. Amma öncədən bildirirəmki bu kimchi reseptində yoxdur və bu dadında fərqlilik yarada bilər.
- Əsl kimçi reseptində olan inqridiyentlər çətin tapıldığından və ya tərkibi bizim qida qəbulumuza uyğun olmadığına baxmayaraq, yenədə öz məhsullarımızla sadə kimçi hazırlaya bilərik.
- NUŞ OLSUN!

