Ingredients
Method
Ərzaqların hazırlanması:
- Soğan, alma, armud, zəncəfil, sarımsaq, ançous turşusu və xırda krivetka turşusunu (məcburi deyil) blenderdən keçirək.
- Yaşıl soğanı iri-iri hissələrə bölək, turp, kökü isə uzunsov doğrayaq.
- Sonra bu ərzaqları bir birinə qarışdıraq.
Hazırlanma qaydası:
- İlk öncə Çin kələmini 4 yerə ayırıb başının sərt hissəsini kəsib çıxaraq. Sonra suda yaxşıca yuyub, hər tərəfini duzlayaq. Duzladığımız kələmi dərin qaba yerləşdirib, üzərinə ağırlıq qoyaq. Bu qaydada 1 gün duzda qalmalıdır.
- Bir gündən sonra kələmdən çıxan suyu töküb, üzərinə təmiz su əlavə edək. Suda bir az saxladıqdan sonra kələmləri sudan çıxardıb sıxaq ki, artıq suyu qalmasın.
- Və ya iri süzgəcli qablara yığıb üzərinə ağırlıq qoyaraq suyunun çıxmasını gözləyə bilərsiniz.
- Düyü püresi hazırlamaq üçün su və düyü ununu qarışdırıb, orta odda qatılaşana kimi qaynadaq. Qarışdırmağı unutmayaq, yoxsa xəmir kimi olar. Çoxda qatı olmayan məhlul alınandan sonra soyumaya qoyaq.
- Soyumuş düyü püresinə doğradığımız ərzaqları, ədviyyatları və soya sousunu əlavə edib yaxşıca qarışdıraq.
- Hazırladığınız sousu kələmin hər ləçəyinin arasına bərabər miqdarda çəkək.
- Hazırladığımız Kimçini saxsı və ya plastik qablara yığıb sərin yerdə saxlamaq olar. Və ya soyuducuda da saxlamaq olar. Əsas günəş şüalarından uzaq saxlamaq lazımdır.
- 10 - 14 gün ərzində istifadəyə hazır olacaqdır.
Notes
- Hazırlıq zamanı mütləq rezin əlcəkdən istifadə etmək lazımdır.
- Mövsümdən asılı olaraq yetişmiş xurma əlavə etməklə kimçinin dadını daha balanslaşdırmaq olar. Bu zaman şəkər tozu vurmağa ehtiyac olmayacaq.
- Ançous turşusu əvəzinə balıq sousu istifadə edə bilərsiniz.
- Təzə zəncəfilin əvəzinə 1 ç.q. zəncəfil tozu da istifadə edə bilərsiniz.
- Turp seçimində - uzunsov turplardan yana seçim etsəniz daha yaxşı olar.
- Kələm seçimində də Çin kələmi seçsəniz daha yaxşı olar. Bizim yerli kələmlərimizlə eyni dadı almaq olmur.
- Çin kələmi duza qoyulduğu üçün sousunda ayrıca duzdan istifadə olunmur.
- Kimçinin rənginin qırmızı olmasını istəyirsinizsə - 1 ədəd balaca çuğunduru rəndələyib, ərzaqlara qarışdıra və ya yalnız suyunu tökə bilərsiniz. Amma öncədən bildirirəmki bu kimchi reseptində yoxdur və bu dadında fərqlilik yarada bilər.
- Əsl kimçi reseptində olan inqridiyentlər çətin tapıldığından və ya tərkibi bizim qida qəbulumuza uyğun olmadığına baxmayaraq, yenədə öz məhsullarımızla sadə kimçi hazırlaya bilərik.
- NUŞ OLSUN!
