Bügün sizlərə Koreyalıların hazırladığı Karri sousunun hazırlanma qaydasını paylaşacağam.

Ev şəraitində Karrinin hazırlanma qaydası
Karri – ət, tərəvəz, lobya və ya balıqdan ibarət ədviyyatlı sousla təqdim olunan və düyü ilə servis olunan geniş çeşidli yeməklər üçün verilən ümumi bir termindir. Yemək əsas ədviyyat qarışığına əsaslanır. Mənşəyi Hindistan olmasına baxmayaraq, dünyada, xüsusən də Tayland, Yaponiya və Koreyada daha məşhurdur. Karri – dadların bir-biri ilə mükəmməl birləşməsindən əmələ gələn ləzzətli, doyurucu və hamar teksturalı yeməkdir.
Ingredients
Equipment
Method
- İlk öncə ayrı ayrılıqda karri tozunu və kraxmalı bir az suda açırıq.
- Bütün ərzaqları: əti, kökü, kartofu və soğanı – kub formasında doğramaq lazımdır. Ərzaqları orta kiçiklikdə doğradıqda yemək daha estetik görünəcək və yeyərkən hər ərzağın dadını daha aydın hiss edəcəksiniz.
- Koreyalıların hazırlanma qaydasında ilk öncə qazana yağ və sarımsaq əlavə olunub, qovrulur sonra digər ədviyyatlar və ərzaqlar əlavə olunur. Amma ərzaqların bişmə vaxtı fəqli olduğunu nəzərə alsaq ilk öncə əti yağda sote etmək və ya bir az suda qaynadıb sonra qazana əlavə etmək daha uyğundur. Ət bir az bişən kimi üzərinə doğranmış soğanı əlavə edib bir az daha qovuraq.
- Sonra kök, bibər və kartofu əlavə edib 5 dəqiqə bişirək.
- Dadlar bir-birinə keçdikdən sonra sarımsaq, duz və istiotu əlavə edib qarışdıraq və 2 dəqiqə gözləyək.
- Sonra suyu əlavə edib, 10 dəqiqə orta atəşdə bişməsini gözləyək.
- 10 dəqiqə sonra suda həll etdiyimiz karri tozunu əlavə edək. 1 dəqiqə sonra kraxmalı da əlavə edib, qarışdıraq. 2 dəqiqə sonra Karri sousumuz hazırdır.
- Servis etmək üçün çox variant var. Daha doyumlu olsun istəyirsinizsə qaynadılmış düyü ideal seçimdir. İçərisində kartof olduğu üçün Karrini yumurta omleti ilə servis edəndə daha yüngül olur və Karrinin dadı daha aydın hiss edilir.
Notes
- İstəyə görə acılı və ya çox acılı karridən istifadə edə bilərsiniz.
- Ağız dadına uyğun olaraq yeməyə yaşıl bibərdə əlavə etmək olar. Amma yaşıl bibərin salatlarda istifadəsi daha uyğundur. Çünki yeməklərdə istifadə edəndə bəzi insanlarda mədə qıcqırması baş verə bilər.
- Əgər Karrini suda həll edəndə qatı məhlul alınarsa kraxmaldan istifadə etməyin.
- Mal ətini toyuq və ya hinduşka əti ilə də əvəz etmək olar.
- Əgər Karri tozu tapa bilmirsinizsə onu digər ədviyyatlarla əvəz etmək olar.
- Karri tozunun tərkib hissəsi – sarıkök, pul bibər, şirin bibər tozu, sarımsaq, qara istiot, cirə, zəncəfil tozu, darçın, mixək, hil, muskat-hind qozu tozu, keşniş toxumu (üyüdülmüş) və tomat pastasından ibarətdir. İstifadədən öncə hamısını qarışdırıb yağda qovuqmaq lazımdır.
- Əlavə olaraq 1ç.q. alma sirkəsi, şəkər tozu və soya sousu da əlavə edə bilərsiniz.

