İlk öncə ayrı ayrılıqda karri tozunu və kraxmalı bir az suda açırıq.
Bütün ərzaqları: əti, kökü, kartofu və soğanı - kub formasında doğramaq lazımdır. Ərzaqları orta kiçiklikdə doğradıqda yemək daha estetik görünəcək və yeyərkən hər ərzağın dadını daha aydın hiss edəcəksiniz.
Koreyalıların hazırlanma qaydasında ilk öncə qazana yağ və sarımsaq əlavə olunub, qovrulur sonra digər ədviyyatlar və ərzaqlar əlavə olunur. Amma ərzaqların bişmə vaxtı fəqli olduğunu nəzərə alsaq ilk öncə əti yağda sote etmək və ya bir az suda qaynadıb sonra qazana əlavə etmək daha uyğundur. Ət bir az bişən kimi üzərinə doğranmış soğanı əlavə edib bir az daha qovuraq.
Sonra kök, bibər və kartofu əlavə edib 5 dəqiqə bişirək.
Dadlar bir-birinə keçdikdən sonra sarımsaq, duz və istiotu əlavə edib qarışdıraq və 2 dəqiqə gözləyək.
Sonra suyu əlavə edib, 10 dəqiqə orta atəşdə bişməsini gözləyək.
10 dəqiqə sonra suda həll etdiyimiz karri tozunu əlavə edək. 1 dəqiqə sonra kraxmalı da əlavə edib, qarışdıraq. 2 dəqiqə sonra Karri sousumuz hazırdır.
Servis etmək üçün çox variant var. Daha doyumlu olsun istəyirsinizsə qaynadılmış düyü ideal seçimdir. İçərisində kartof olduğu üçün Karrini yumurta omleti ilə servis edəndə daha yüngül olur və Karrinin dadı daha aydın hiss edilir.