Südlü plovun dəqiq və tək bir vətəni yoxdur. Bu yemək geniş coğrafiyada, xüsusilə Qafqaz, Anadolu və Mərkəzi Asiya bölgələrində qədimdən hazırlanır. Azərbaycanda Südlü plov və ya Süldü aş daha çox ev yeməyi kimi tanınır. Türkiyədə buna bənzər desert formasında Sütlaç, Avropada isə Rice pudding məşhurdur.

Ingredients
Method
- İlk öncə düyünü 2-3 dəfə, suyu tam şəffaflaşana qədər yuyaq.
- Sonra dərin bir qazana düyü, su, süd, duz, şəkər tozu və kərə yağını əlavə edib, qaynamağa qoyaq.
- Su qaynamağa başlayanda sarıkök və ya zəfəranını əlavə edək.
- Düyü yarı bişəndən sonra içərisinə kişmiş və xurma əlavə edib, qarışdıraq və ocaqdan götürək.
- Düyü tam dəmlənib bişməsi üçün qazanın qapağını bağlayaq və ona isti mühit hazırlayaq. Bunun üçün qazanı ocaq üzərinə və ya sobaya qoymaq lazım deyil. İsti otaq şəraitində, kənar bir köşədə döşək və ya istiliyi saxlayan parça ilə yaxşıca bükək.
- Bu vəziyyətdə 5–6 saat saxlayın.
- Vaxt tamam olduqdan sonra qazanı qapağı bağlı şəkildə ocaq üzərinə qoyaq və orta odda 5 dəq saxlayaqki altı yüngülcə qazmaq tutsun. Sonra ocaqdan götürək.
- Artıq Südlü Plovumuz hazırdır. Hər kəsə NUŞ OLSUN!
Notes
- Aşı bişirəndə mütləq qazanın qapağı açıq olmalıdır və mütəmadi olaraq qarışdırılmalıdır. İçərisində süd olduğu üçün həm yapışma, həm də daşma ehtimalı var.
- Süd və su mütləq yarı-yarı nisbətdə əlavə edilməlidir.
- 1 st düyü üçün təxminən 5 st maye lazımdır.
- İstəyə görə ərik qurusunu xırda doğrayıb əlavə edə bilərsiniz.
- Düyünün gecədən dəm almağa qoymaq daha yaxşıdır.
- Xırda və qara kişmişlər daha şirin olur, buna görə də plova bişdikdən sonra əlavə şəkər tozu tökməyə ehtiyac olmayacaq. Amma istəyə görə artırmaq mümkündür.
- Qara kişmiş sevməyənlər sarı kişmişdəndə istifadə edə bilərlər.
- Servis edərkən üzərinə darçın səpə bilərsiniz.
- Plov isti halda daha dənəli, soyuduqdan sonra isə daha qatı formaya çevriləcəkdir.

