İlk öncə düyünü 2-3 dəfə, suyu tam şəffaflaşana qədər yuyaq.
Sonra dərin bir qazana düyü, su, süd, duz, şəkər tozu və kərə yağını əlavə edib, qaynamağa qoyaq.
Su qaynamağa başlayanda sarıkök və ya zəfəranını əlavə edək.
Düyü yarı bişəndən sonra içərisinə kişmiş və xurma əlavə edib, qarışdıraq və ocaqdan götürək.
Düyü tam dəmlənib bişməsi üçün qazanın qapağını bağlayaq və ona isti mühit hazırlayaq. Bunun üçün qazanı ocaq üzərinə və ya sobaya qoymaq lazım deyil. İsti otaq şəraitində, kənar bir köşədə döşək və ya istiliyi saxlayan parça ilə yaxşıca bükək.
Bu vəziyyətdə 5–6 saat saxlayın.
Vaxt tamam olduqdan sonra qazanı qapağı bağlı şəkildə ocaq üzərinə qoyaq və orta odda 5 dəq saxlayaqki altı yüngülcə qazmaq tutsun. Sonra ocaqdan götürək.
Artıq Südlü Plovumuz hazırdır. Hər kəsə NUŞ OLSUN!