Koreya Mətbəxi Turşular

Qoçucanq (Gochujang)

pixi0815 harissa 4075853 1920

Qoçucanq, Koreya mətbəxinə xas olan, qırmızı çili bibəri, yapışqanlı düyü  və fermentləşdirilmiş soya paxlasından hazırlanmış turşa şirin çili pastasıdır. Bu pasta yeməyə hazır ədviyyat qarışımı deyil,  yalnızca yeməklərə parlaq rəng və zəngin dad qatması üçün istifadə olunur. Əsasən bibimbap, tteokbokki, bulqoqi, qarışıq düyü və əriştə yeməklərinə, Koreya BBQ, kimçi, ət marinadlarına və şorbalara ləzzət vermək üçün istifadə olunur. Qoçucanq  qalın, pastaya bənzər bir konsistensiyaya malikdir. Kommersiya məqsədi ilə hazırlanmış Qoçucanq market-mağazalarda və onlayn satışda geniş yayılmasına baxmayaraq evdə hazırlanmış pastasının yerini vermir.

pixi0815 harissa 4075853 1920
3387eb304a804a58a0bc3a5d7ce02b369d84b309c3aa6447b8aed01bdb2bab3c?s=30&d=mm&r=gTurana Haciyeva

Qoçucanq pastasının hazırlanma qaydası

Prep Time 3 hours
Cook Time 1 hour
Total Time 4 hours
Course: Pasta
Cuisine: Asiya mətbəxi, koreya mətbəxi

Ingredients
  

  • 500 qr Acı bibər tozu və ya iri üyüdülmüş acı bibər
  • 500 qr Döyülmüş arpa və ya arpa unu
  • 250 qr Şirin düyü unu və ya adi düyü unu
  • 250 qr Fermentə olunmuş soya tozu
  • 250 qr Dəniz duzu
  • 1 st Düyü sirobu və ya gavalı ekstraktı

Method
 

  1. Döyülmüş arpadan istifadə etməzdən əvvəl onu bir gecə suda saxlamaq lazımdır.
  2. Arpa unundan istifadə etsəniz sadəcə 1 saat saxlasanız yetərli olacaqdır.
  3. Bir saatdan sonra arpa lopasını suda qarışdırıb süzgəcdən keçirək, süzgəcdə qalan hissəni isə torba vasitəsi ilə sıxıb, suyunu tam çıxaraq. Alınan südlü məhlulu dərin qazana tökək.
  4. Üzərinə şirin düyü ununu əlavə edək. Şirin düyü ununu adi düyü unu ilə də əvəz edə bilərsiniz. Şirinlik üçün isə bal (2 xq) və ya qəhvəyi şəkərdən (3-4 xq) istifadə edə bilərsiniz.
  5. Sonra qazanı odun üzərinə qoyub qızmasını gözləyin. əldə etdiyimiz maye qarışımı əl yandırmayacaq dərəcədə qızdıqdan sonra 2 saat kənarda dincəlməyə qoyaq.
  6. 2 saatdan sonra yenidən qazanı odun üzərinə yerləşdirib qaynadaq və arada qarışdırmağı unutmayaq. Qazandakı maye qarışımı yarıya düşənə kimi vam odda qaynadaq. 1-2 saata istədiyimiz qatılığa çevriləcəkdir.
  7. Alınan qatı məhlula duz əlavə edib soyumağa qoyaq.
  8. Soyuduqdan sonra acı bibər tozunu əlavə edib çırpıcı köməyilə yaxşıca qarışdıraq ki, topaqlar qalmasın.
  9. Pasta çox qatı olarsa düyü sirobu və ya gavalı ekstraktı əlavə edərək qatılığı tənzimləyə bilərsiniz.
  10. Bundan əlavə acılığı və şirinliyinidə öz zövqünüzə görə tarazlaya bilərsiniz.
  11. Alınan pastanı bankaya və ya saxsı qablara töküb üzərini tənziflə örtün və qapağını bağlayın.
    hoseung han d7pkmmeqn5g unsplash

Notes

  • İstəyə görə ədviyyat olaraq soğan və sarımsaq tozundan da istifadə edə bilərsiniz. Xüsusi dad qatacağına əmin ola bilərsiniz.
  • Mütləq pastanı yerləşdirəcəyiniz qabı isti su ilə sterilizə edin və qurulayın.
  • Düyü unu tapa bilməsəniz özünüzdə evdə rahatlıqda hazırlaya bilərsiniz. Bunun üçün xırda düyünü 2-3 dəfə təmizlənənə kimi su ilə yuyun. Yumşalması üçün bir neçə saat suda saxlamağınız məsləhətdir. İslatdığımız düyünü suyunu süzüb blender vasitəsilə un halını alan kimi üyüdün. sonra ələkdən keçirinki içində düyü dənəsi qalmasın.
  • Fermentasiya üçün Koreyalılar düyü arağından istifadə edirlər. Bu cür fermentasiya zamanı Qoçucanqın xarab olması və qəliblənməsinin qarşısını alınır.
  • Duzluluğu artırmaq və ya tənzimləmək üçün şorba üçün olan qatı soya sousundan da istifadə etmək olar.
  • Mütləq bütün məhsulları yaxşıca qarışdırmaq, bir-birinə yedirmək lazımdır.
NUŞ OLSUN!

Leave a Reply

You may also like...