Döyülmüş arpadan istifadə etməzdən əvvəl onu bir gecə suda saxlamaq lazımdır.
Arpa unundan istifadə etsəniz sadəcə 1 saat saxlasanız yetərli olacaqdır.
Bir saatdan sonra arpa lopasını suda qarışdırıb süzgəcdən keçirək, süzgəcdə qalan hissəni isə torba vasitəsi ilə sıxıb, suyunu tam çıxaraq. Alınan südlü məhlulu dərin qazana tökək.
Üzərinə şirin düyü ununu əlavə edək. Şirin düyü ununu adi düyü unu ilə də əvəz edə bilərsiniz. Şirinlik üçün isə bal (2 xq) və ya qəhvəyi şəkərdən (3-4 xq) istifadə edə bilərsiniz.
Sonra qazanı odun üzərinə qoyub qızmasını gözləyin. əldə etdiyimiz maye qarışımı əl yandırmayacaq dərəcədə qızdıqdan sonra 2 saat kənarda dincəlməyə qoyaq.
2 saatdan sonra yenidən qazanı odun üzərinə yerləşdirib qaynadaq və arada qarışdırmağı unutmayaq. Qazandakı maye qarışımı yarıya düşənə kimi vam odda qaynadaq. 1-2 saata istədiyimiz qatılığa çevriləcəkdir.
Alınan qatı məhlula duz əlavə edib soyumağa qoyaq.
Soyuduqdan sonra acı bibər tozunu əlavə edib çırpıcı köməyilə yaxşıca qarışdıraq ki, topaqlar qalmasın.
Pasta çox qatı olarsa düyü sirobu və ya gavalı ekstraktı əlavə edərək qatılığı tənzimləyə bilərsiniz.
Bundan əlavə acılığı və şirinliyinidə öz zövqünüzə görə tarazlaya bilərsiniz.
Alınan pastanı bankaya və ya saxsı qablara töküb üzərini tənziflə örtün və qapağını bağlayın.