
Göbələk Turşusu və ya Marinadı
Bu marinad ümumilikdə tək bir milli mətbəxə aid deyil; bir neçə regionun mətbəxlərində, göbələk turşusu, marinadı, şorbası və ya soyuq məzə adı altında öz yerini tapmışdır. Göbələk turşusu Şərqi Avropa (Rusiya, Ukrayna, Polşa, Belarusiya), Qafqaz (Azərbaycan, Gürcüstan), Türkiyə, eləcə də Orta və Şimali Avropa ölkələrinin (Baltik, Skandinaviya) məxbəxlərində fərqli hazırlanma üsulları ilə geniş şəkildə istifadə olunur.
Ingredients
Method
- İlk öncə soğanı xırda-xırda doğrayıb, uksusda saxlamaqlazımdır.
- Sonra bibər və kökü xırda kub şəklində doğrayıb bir qabayığaq.
- Duz, pesok, mixək, dəfnə yarpağı, istiot və xardal dənələrinibir qabda birləşdirək.
- Göbələkləri qabığından təmizləyib yuyuruq.
- Sonra bir qazana göbələkləri töküb, üzərinə çıxana kimi su əlavə edib qaynadırıq.
- Göbələyi çox bişirməyə ehtiyac yoxdur. Çox bişirsək göbələklər parçalanacaq.
- Su qaynayandan 2-3 dəqiqə sonra göbələkləri sudan çıxardıb sterilizə olunmuş bankalara yığırıq.
- Ayrı bir qazanda 1 lt suyu qaynadırıq.
- Su qaynamağa başladıqdan sonra içərisinə bibər, kök, uksuslu soğanı və ədviyyat qarışımını əlavə edib qarışdırırıq.
- Dadların bir-birinə tam qarışması üçün 2-3 dəqiqə orta odda saxlayıb, qazanı oddan götürürük.
- Aldığımız bu qarışımı bankalara yığdığımız göbələyin üzərinə əlavə edirik.
- İçərisində hava balonları – qabarcıqları qalmasın deyə bankanı bir az sirkələyib ağzını yaxçıca bağlayırıq və bankanı tərs çevirib soyumasını gözləyirik.
- Mütləq ev şəraitində öz –özünə soyumalıdır.
- Soyuduqdan sonra soyuducuya qoymaq lazım deyil, bağlı, qaranlıq və sərin yerdə saxlamaq kifayətdir. Belə şəraitddə uzun müddət saxlamaq mümkündür.
- Nuş Olsun!
Notes
- Turşu üçün göbələk seçimi edəndə mütləq yeni və xırda göbələk seçmək lazımdır. Bu həm qablara yığılmasında və istifadəsində rahatlıq yaradır, həm də dadı və estetik görünüşü insanı cəlb edir.
- Əgər böyük göbələk seçsəniz onun mütləq iç hissəsini təmizləmək və yarıya bölmək lazımdır. Böyük qablara yığsanız bölməyə ehtiyac yoxdur.
- Göbələklərin ölçüsündən asılı olaraq marinadı yığacağımız banka sayı və suyun miqdarı dəyişə bilər.
- Uksus əvəzinə 1 xq üzüm sirkəsi də istifadə etmək olar.
- İçinə vurulan ədviyyatları ağız dadına uyğun dəyişdirmək olar.
- Göbələklərə əlavə dad üçün qaynama suyana kömür əlavə edə və ya göbələyi sobada da bişirə bilərsiniz. Bu üsullar göbələk şorbasına xüsusi dad qatacaq.
- İstifadə olunan banka və onun qapağı mütləq qaynar su ilə sterilizə olunmalıdır.

