İlk öncə soğanı xırda-xırda doğrayıb, uksusda saxlamaqlazımdır.
Sonra bibər və kökü xırda kub şəklində doğrayıb bir qabayığaq.
Duz, pesok, mixək, dəfnə yarpağı, istiot və xardal dənələrinibir qabda birləşdirək.
Göbələkləri qabığından təmizləyib yuyuruq.
Sonra bir qazana göbələkləri töküb, üzərinə çıxana kimi su əlavə edib qaynadırıq.
Göbələyi çox bişirməyə ehtiyac yoxdur. Çox bişirsək göbələklər parçalanacaq.
Su qaynayandan 2-3 dəqiqə sonra göbələkləri sudan çıxardıb sterilizə olunmuş bankalara yığırıq.
Ayrı bir qazanda 1 lt suyu qaynadırıq.
Su qaynamağa başladıqdan sonra içərisinə bibər, kök, uksuslu soğanı və ədviyyat qarışımını əlavə edib qarışdırırıq.
Dadların bir-birinə tam qarışması üçün 2-3 dəqiqə orta odda saxlayıb, qazanı oddan götürürük.
Aldığımız bu qarışımı bankalara yığdığımız göbələyin üzərinə əlavə edirik.
İçərisində hava balonları - qabarcıqları qalmasın deyə bankanı bir az sirkələyib ağzını yaxçıca bağlayırıq və bankanı tərs çevirib soyumasını gözləyirik.
Mütləq ev şəraitində öz –özünə soyumalıdır.
Soyuduqdan sonra soyuducuya qoymaq lazım deyil, bağlı, qaranlıq və sərin yerdə saxlamaq kifayətdir. Belə şəraitddə uzun müddət saxlamaq mümkündür.
Nuş Olsun!