Mətbəx Sirləri

Evdə hazırlaya biləcəyiniz sabun resepti

pexels shkrabaanthony 6187525

Zərərli və kimyəvi maddələr olmadan evinizi və qablarınızı təbii yolla hazırlanmış sabun və təmizlik vasitələri ilə təmizləməklə gündəlik həyatınızı rahatlaşdırmış və təhlükəsizliyinə əmin olmuş olarsınız.

İlk öncə təmizlik üçün qatı sabun hazırlayaq:

  • 30% kokos yağı (150qr)
  • 30% palma yağı (150qr)
  • 40% zeytun yağı (200qr)
  • 2% SF (superfat) (10qr)
  • NAOH qələvi (74.58 qr)
  • su (165qr)
  • Sabunun hazır ümumi çəkisi: 739.58 qr olacaq

Nəzərə alınki sabunun bütün tərkib hissəi kalkulyatorla dəqiq hesablanmalıdır.

Burada kakos yağı – köpüklənmə və sərtlik, zeytun yağı – kandisioner efekti, palma yağı isə həm sərtlik, həm də kandisioner efekti verir.

  • Rezin əlcək,
  • eynək,
  • uzunqollu geyim,
  • respirator,
  • qələvi qarışdıqmaq üçün istiliyə davamlı qab (oddavamlı şüşə qab və ya banka),
  • təcili hallarda qələvini neytrallaşdırmaq üçün uksuz,
  • blender – ⚠️ mikserdən istifadə etmək olmaz!. Mikserdən istifadə uzun müddət çəkə bilər və sabunlu qarışığı təhlükəli şəkildə ətrafa sıçrada bilər.
  • qramı dəqiq hesablayan tərəzi.
  • qələvi və yağların temperaturunu ölçmək üçün termometr, xüsusən təmassız infraqırmızı termometr olmalıdır.
  • və açıq pəncərə və ya açıq havada etmək daha təhlükəsizdir.
  • Qələvi ilə reyaksiya zamanı temperatur artır, buna görədə istiliyə davamlı qabdan istifadə təhlükəsizlik üçün çox vacibdir
  • Zəhmət olmasa, sabun hazırlama prosesində ev heyvanlarını və uşaqları ərazidən uzaq tutun, pəncərəni açın və ya ventilyatoru yandırın.
  • Qələvi tüstüsünü nəfəsinizə almaqdan çəkinin – bunun üçün sizə respiratordan mütləq istifadə edin.
  • Sabun hazırlamada ətir istifadə etmək xüsuzi diqqətl tələb edir, çünki onlar sabunun ayrılmasına və ya digər xoşagəlməz təsirlərə səbəb ola bilər.
  • Körpələr üçün sabun hazırlayarkən rəngləndirici boyalar və ətirlərdən istifadə etmək olmaz.
  • Əvvəlcə yağları dəqiq qramlarla çəkib bir-birinə qatmaq lazındır.
  • SF yağlarını sabuna dərhal və ya qəliblərə tökməzdən əvvəl əlavə etməyinizində heç bir fərq yoxdur. Çünki bəzi yağlar qələvi ilə daha sürətli, digərləri isə daha yavaş reaksiya girir buda sabunlaşma prosesini uzadır. Bu proses 1 ay və daha uzun çəkə bilər.
  • Bərk yağları (kakos, palma) istifadə etməzdən əvvəl yağları isti su vannasında əritmək lazımdır.
  • Qələvi ilə işə başlamazdan öncə mütləq təhlükəsizlik üçün  təhlükəsizlik eynəyi, respirator və ya maska, uzun qollu geyim və rezin əlcək geyinmək mütləqdir. Çünki qələvi məhlulu yüksək dərəcədə aşındırıcıdır və dəriyə ciddi zərər verə bilər.
  • Suyu və qələvini ayrı-ayrılıqda çəkək
  • Buz və ya soyuq su vannası hazırlayıb üzərinə istiliyə davamlı qab qoyaq sonra su və qələvini əlavə edək. Qələvi tamamilə həll olana qədər qarışdırın. Sonra süzgəcdən keçirinki içərisində həll olmamış kristal qalmasın.
  • Qələvi və yağları qarışdırmadan əvvəl hər birinin temperaturunu ölçün. Hər bir məhlulun temperaturu demək olar ki, eyni olmalıdır, (yalnız 3-5 dərəcə fərq ilə). Bərk yağlar – 50 dərəcə, maye yağlar 40 dərəcədən aşağı temperaturda olmalıdır. Temperaturun eyni olması sabunun faydalı xüsusiyyətlərini qorumağa kömək edir.
  • Sonra qələvinin üzərinə yağ qarışımını əlavə edib, blenderdən keçirin. Hər şeyin tam qarışdığına əmin olun.  Sonra qaşıqla süzün, əgər qarışımda qalın iz qalırsa demək olarki hazırdır. Əks təqdirdə, sonradan qarışımın tərkibindəki qələvi və yağlara ayrıla bilər və belə sabunu yalnız isti prosesdə yenidən bişirməklə xilas edə bilərsiniz.
  • Bu aşamada SF yağlarını əlavə edə və rəng üçün qələviyə davamlı boyalardan istifadə edərək rəngləndirə bilərsiniz.
  • Hazırladığımız qatı məhlulu plastik qəliblərə töküb, bərkiməyə qoyaq.
  • Reseptimizə geri dönsək, sadə bir sabun əldə etmiş olacayıq. Bu sabun yaxşı köpüklənir, mükəmməl təmizləyir və dərinizi qurutmur. Qabları və səthləri yumaq üçün istifadə edə bilərsiniz.
  • Maye sabundan istifadə etmək qərarına gəlsəniz, əldə etdiyimiz sərt sabundan 150 qr kəsib üzərinə 150 qr isti su əlavə edib tam həll olana kimi blenderdən keçirtmək lazımdır. Bu maye sabun həm yaxşı köpüklənir, həmdə şüşə qabları parıltısını geri qaytarmaq üçün yaxşı vasitədir.
soap making ingredients close up
close up hands wearing gloves
high angle making soap home
view homemade soap honey
top view homemade soap assortment
pexels mikhail nilov 7814647
  • I variant: Sabun qəliblərini bərkiyənə qədər dondurucuda saxlayın. Bu proses təxminən 1-2 saat çəkəcək.
  • II variant: Qəlibləri dəsmala bükün və isti yerdə saxlayın
  • III variant: Sabun məhlulunu istiyə davamlı qəliblərə töküb 50 dərəcəyə qədər qızdırılmış açıq sobaya qoyun (1-2 saat kifayətdir). Temperatur 100 dərəcədən çox olmamalıdır. Əks halda qaynayaraq qabından daşa bilər.
  • Gel mərhələsi – sabun kütləsinin çox güclü şəkildə qızdırıldığı, şəffaf və maye görünüşə malik, gele çox bənzəyən mərhələdir. Bu, sabunlaşmada kimyəvi reaksiya zamanı yaranan normal bir hissəsidir.
  • Gel mərhələsini keçmiş sabunlar su ilə istifadədə az əriyir, gel mərhələsini keçməmiş sabunlar isə daha kövrək olur və kəsildikdə qırılır, oxalanır.
  • Gel mərhələsi adətən 40-50 dəqiqəyə ərzində baş verir və maksimum bir saat ərzində gelləşmə tamamilə yox olur.
  • Yağlar və qələvi aşağı temperaturda qarışdırılarsa gel mərhələsi ümumiyyətlə baş verməyə bilər.
  • Qarışdırma zamanı yağların və qələvinin temperaturu nə qədər aşağı olarsa, sabunun gelləşmə temperaturu bir o qədər yüksək olur.
  • Suyun faizi qələvidən çox olarsa, sabunun gelləşmə temperaturu bir o qədər aşağı olar.
  • Suyun faizi qələvidən aşağı olarsa, onda daha yüksək temperaturda gelləşmə baş verə bilər.

Əgər SF 0 % olarsa, sabun dərini çox qurudar. Buna görə də SF üçün seçdiyiniz yağ sabun kütləsi qalınlaşmağa başlayanda (trace mərhələsində) əlavə etmək lazımdır.

Sabun hazırlanarkən yağlar və qələvi məhlulu qarışdırıldıqdan sonra qarışıq bir qədər qalınlaşır. Qaşıq və ya blender ilə qarışdıranda səthdə iz kimi xətt qalır və dərhal itmirsə, bu mərhələ “iz mərhələsi”- trace adlanır.

SF yağları bu mərhələdə əlavə edilir ki, qələvi ilə tam reaksiyaya girməsin və sabunda nəmləndirici və qulluqedici xüsusiyyət qalsın.

SF miqdarı adətən sabunun növündən asılı olaraq ümumi yağların 0-15% -ni təşkil edir.

SF üçün istifadə edilə bilən yağlara nümunə olaraq:

  • kastor yağı
  • fındıq yağı
  • ərik çəyirdəyi yağı
  • lavanda efir yağı

Hər bir yağ növü sabuna müxtəlif xüsusiyyətlər verir. Sabunun bərk və ya daha yumşaq olması, dərini nə dərəcədə təmizləməsi və qulluq etməsi, həmçinin köpüyünün necə olması (xırda kremvari köpük və ya iri, hava ilə dolu köpük) istifadə olunan yağlardan asılıdır.

Sabunun əsasını təşkil edən bərk yağlar sabuna sərtlik və təmizləmə xüsusiyyəti verir, maye yağlar isə sabuna kondisioner və qulluqedici xüsusiyyətlər qazandırır.

SF-in sabunun tərkibində miqdarı onun istifadə məqsədindən asılıdır.

  • Bərk sabunu üçün: 5–10%
  • Ev işləri üçün sabun: 0–3% (0% olduqda qabları əlcək ilə yumaq daha yaxşıdır!)
  • Şampun sabunu üçün: 1–3% (bəzən 4–5%)
  • Maye sabun, kalium sabunu: 5–15%

🧼 Bərk sabun

  • Əl yumaq üçün də istifadə olunur, amma əsasən bədən və üz yuma üçün hazırlanır.
  • Adətən natrium əsaslı sabundur, buna görə də bərk olur.

🧴 Maye sabun

  • Ən çox əl yumaq üçün istifadə olunur.
  • Həm də bədən yuma, duş sabunu kimi ola bilər.
  • Adətən kalium əsaslı sabundur, ona görə də maye qalır.
  • Restoran, ofis, hamam otaqlarında dispenserdə gördüyünüz sabunlar adətən bu sabunlardır.

Fərqi:

  • Maye sabun: gigiyena üçün rahat, tez istifadə olunur. 
  • Bərk sabun: klassikdir, daha təbii tərkibli olur və uzun müddət istifadə etmək mümkündür.

Qeyd:

  • Sabunu bütün olaraq maye halına salmağa çalışmayın, çünki bu sabunlar tez xarab olur. Uzun müddət istifadə üçün sərt sabundan az az kəsib isti su ilə həll etmək lazımdır.
  • Zeytun yağını əvəz etmək istəsəniz 2 variant var:
  • zeytun yağını palma yağı ilə əvəz etmək və ya
  • kakos yağı + 10%, palma yağı + 20% ilə əvəzləməsi edə bilərsiniz
  • 40% kokos yağı
  • 50% palma yağı
  • 2% SF
  • NAOH qələvi
  • Zeytun yağı əvəzinə günəbaxan yağı istifadə etmək olmaz, belə halda sabun tez xarab olur.
  • Xoşagəlməz qoxulardan azad olmaq üçün aktivləşdirilmiş kömürdən istifadə edə bilərsiniz.

Leave a Reply

You may also like...