Ekoloji cəhətdən təhlükəsiz, tərkibində kimyəvi maddələr olmayan, ev şəraitində hazırlaya biləcəyiniz ən ucuz və ən asan yollar.
Bütün bu təbii vasitələr kimyəvi yuyuculara yaxşı alternativlərdir. 🧽✨
🧴 1. Yağ təmizləyici olaraq soda və limon qarışımı
1 xörək qaşığı soda, yarım limon suyu və bir az isti suyu yaxşıca qarışdırıb, süngər vasitəsilə qabları təmizləyin.
Bu üsul yağları tez təmizləyir və pis qoxunu aradan qaldırır.
🍶 2. Dezinfeksiya üçün sirkə və su məhlulu
1 stəkan sirkə və 1 stəkan suyu qarışdırıb sprey şüşəsinə tökün. Qablara və ya lavaboya səpib yuyun.
Bu üsul bakteriyaları azaldır və ləkələri çıxarır.
🧂 3. Yanmış qablar üçün duz və limon qarışığı
Yanmış qazanın üzərinə 1 x.q duz və yarım limon suyunu töküb, 3-5 dəqiqə saxlayın, sonra qzanı yuyun.
Bu üsul ilə yanmış ləkələri yumşalacaq və qablar parıldayacaq.
🌿 4. Çox çirkli qablar üçün soda və sirkə qarışığı
1 xörək qaşığı soda, 2 xörək qaşığı sirkə və isti suyu qarışdırıb, qabları yumaq olar.
Onuda qeyd edimki bu qarışım zamanı köpük yaranacaqdır.

