Souslar

Sweet Chili – Şirin çili sousu

red hot chilli sauce. tomato ketchup, chilli sauce, puree with
Evdə tez və asan hazırlaya biləcəyiniz çili sousu
Cənub-Şərqi Asiya ölkələrində, eləcə də Amerika Birləşmiş Ştatları, Avstraliya və bir çox Avropa ölkələrində geniş yayılmış olan Sweet Chili sousunun asan resepti. Həm onlayn satış platformalarında, həm də mağaza və supermarketlərdə böyük populyarlıq qazanan bu şirin çili sousu, sizin də süfrənizin ayrılmaz hissəsinə çevriləcək.
red hot chilli sauce. tomato ketchup, chilli sauce, puree with
turanahajiyeva@gmail.comTurana Haciyeva

Ev üsulu Şirin çili sousu

Prep Time 20 minutes
Cook Time 10 minutes
Total Time 30 minutes
Course: Sous
Cuisine: Asiya mətbəxi, Dünya mətbəxi, Tayland mətbəxi
Calories: 1650

Ingredients
  

  • 350 ml su
  • 5 diş sarımsaq
  • 6-8 ədəd acı bibər
  • 6 ədəd şirin bibər qırmızı
  • 400 qr şəkər tozu
  • 1 çq duz
  • 1 xq soya sousu rənginin kəskinləşməsi üçün
  • 100 ml sirkə düyü və ya alma
  • 1 xq nişasta düyü və ya kartof

Method
 

  1. İlk öncə sarımsaq, acı və şirin bibərləri blenderdən keçirək. Burada diqqət edilməli məqam odur ki, qarışım pasta halında olmamalıdır. Bir qədər dənəvari qalması sousa daha təbii tekstura verəcək.
  2. Dərin bir qazana hazırladığımız qarışımı əlavə edək. Üzərinə su, duz və şəkər tozu əlavə edib orta odda bişirməyə başlayaq.
  3. Qarışım qaynamağa başlayıb su bir qədər çəkildikdən sonra nişastanı az miqdarda suda həll edib qazana əlavə edək. Qarışdıraraq qatılaşmasını gözləyək.
  4. Daha sonra soya sousu və sirkəni əlavə edib qarışdıraq. Təxminən 1–2 dəqiqə bişirdikdən sonra oddan götürək.
  5. Nəticədə çox qatı olmayan sous alınacaqdır. Lakin unutmayaq ki, soyuduqca sous daha da qatılaşır. Buna görə də həddindən artıq qaynatmağa ehtiyac yoxdur.
  6. Hazır sousu sterilizə olunmuş bankalara doldurub soyumasını gözləyək. Tam soyuduqdan sonra soyuducuda 4–5 ay saxlamaq mümkündür.
🍽️İstifadəsi
  1. Qızardılmış və ya qril toyuq, kartof
  2. Burger
  3. Şaurma
  4. Suşi
  5. Krivet sote
  6. Hətta pizza yeyəndə belə maraqlı dad almaq olar.

Notes

  • Sousu hazırlama aşamasında dadına baxın, əgər çox acıdırsa istəyə görə şəkər tozu əlavə edə bilərsiniz.
  • Kalori miqdarı istifadə olunan şəkər və nişastaya görə cüzi dəyişə bilər.
NUŞ OLSUN!

Bir cavab yazın

© Ev Reseptləri. Bütün hüquqlar qorunur. | Məxfilik Siyasəti