Maraqlı Faktlar

Mətbəx və Kulinariya Terminləri Lüğəti

kulinariya terminləri

Kulinariya terminləri olduqca genişdir. Bu gün sizlərə geniş yayılmış və günümüzdə də istifadə olunan terminlər haqqında məlumat verəcəyəm.

A

  • Absent – Yaşıl rəngli güclü spirtli içki, yovşan, anis və digər aromatik yağlarla dəmlənmiş üzüm spirtindən hazırlanır.
  • Acika (Adjika) – Acı və ədviyyatlı Qafqaz sousu.
  • Açma – Bir az qaynadılmış, çox sayda xəmir qatından hazırlanan xaçapurinin bir növüdür
  • Ağartmaq – yeməyi süd, xama, qaymaq ilə dadlandırmaq
  • A-lya – Hər hansı mətbəx və ya bişirmə tərzini ifadə edir (məs: italyan üslubunda).
  • Al dente – Makaronun tam yumşalmadan, diri qalacaq şəkildə bişirilməsi.
  • Antipasto – Əsas yeməkdən əvvəl verilən italyan qəlyanaltıları.
  • Antre – İlk yeməkdən əvvəl rəsmi şam yeməklərində verilən soyuq qəlyanaltıdır.
  • Antrikot – Sümüyə yaxın mal əti hissəsindən hazırlanan biftek.
  • Aroma – Yeməyin qoxusu və ətir xüsusiyyəti.
  • Artişok – Aralıq dənizi mətbəxində istifadə olunan tərəvəz.

B

  • Babaqanuş – Şərq mətbəxinə xas, əsasən ədviyyatlarla qarışdırılaraq püre halına salınmış bişmiş badımcandan ibarət qəlyanaltıdır
  • Baget – Uzun formalı fransız çörəyi.
  • Balzam sirkəsi (Balsamiko) – Üzüm əsaslı aromatik sirkə.
  • Barbekü – Açıq alov üzərində bişirmə üsulu və ya sous.
  • Basturma – Qurudulmuş, ədviyyatlı ət.
  • Bekon – Duzlanmış və qurudulmuş donuz əti.
  • Bento – Yapon mətbəxinə aid laklı ağacdan hazırlanmış yemək qutusu.
  • Beze – Yumurta ağı və şəkərdən hazırlanan yüngül desert.
  • Beşaməl sousu – Süd, yağ və undan hazırlanan ağ sous.
  • Biskvit – Yumurta əsaslı yumşaq xəmir.
  • Blanşlama – Qidanın qısa müddət qaynar suda saxlanılıb sonra soyuq suya salınması üsulu.
  • Boğça yeməyi (Boul) – Bir qabda servis edilən balanslı yemək.
  • Brauni – Şokoladlı, sıx teksturalı desert.
  • Brusketta – Qızardılmış çörək üzərində əlavələrlə servis edilən qəlyanaltı.
  • Bulyon – Ət, sümük və ya tərəvəzdən qaynadılaraq hazırlanan maye.
  • Buğlama – Yeməklərin su buxarı ilə bişirilməsidir.
  • Buxarlanma – Maddənin maye halından qaz halına keçməsidir.

C

  • Cem – Meyvə və şəkərlə hazırlanan qatı mürəbbə.
  • Cız-bız – Ətin yüksək odda tez bişirilməsi üsulu.
Ç
  • Çak-çak – Şərbətli xəmirdən desert.
  • Çırpmaq – Yumurta, qaymaq və ya sousu hava aldıraraq qarışdırmaq prosesi.
  • Çökdürmək – Mayedə olan bərk hissəciklərin dibə çökməsi.
  • Çili – Acı bibər.

D

  • Dadlandırmaq – Yeməyə duz, ədviyyat və ya sous əlavə etmə prosesi.
  • Danqo – Yapışqan düyü unundan hazırlanan, adətən çöpə keçirilmiş mochiyə bənzəyən məşhur bir ənənəvi Yapon şirniyyatıdır
  • Desert – Yeməkdən sonra verilən şirniyyat.
  • Dolma – Yarpaq və ya tərəvəzin içinin doldurulması ilə hazırlanan yemək.
  • Dranik – Şərqi avropa mətbəxinə məxsus rəndələnmiş kartofdan hazırlanan qızartma-oladidir..
  • Dresinq – Salat və qəlyanaltıların dadını zənginləşdirmək üçün sousdur (limon şirəsi, sirkə, yağ).
  • Droj(Maya) – Xəmirin qalxması üçün istifadə olunan maddə.
  • Dzadziqi (və ya tsatsiki) – Yunan mətbəxinə məxsus, qatıq, rəndələnmiş xiyar, sarımsaq, zeytun yağı və göyərti ilə hazırlanan soyuq sousdur.
E
  • Eintopf – Alman mətbəxinə məxsus ət, hisə verilmiş sosis, tərəvəz və tərəvəz köklərindən hazırlanan qatı şorbaya bənzər bir güveçdir.
  • Emulsiya – Yağ və su kimi qarışmayan maddələrin birləşdirilməsi (məs. mayonez).

Ə

  • Ədviyyat – Yeməyə dad və qoxu verən bitki mənşəli məhsullar.
F
  • File – Sümüksüz ət və ya balıq hissəsi.
  • Fermentasiya – Qidanın təbii yolla yetişməsi və ya turşuması prosesi.

G

  • Qanaş – Şokolad və qaymaqdan hazırlanan krem.
  • Qarnir və ya Qarnitür – Əsas yeməyin yanında verilən əlavə.
  • Qaspaço – Soyuq pomidor şorbası.
  • Qlazur – Desertlərin üzərind böyükölçülü bəzəklər hazırlamaq üçün istifadə olunan şəkərli qarışımdır.
  • Qovurma – Yağda bişirmə üsulu.
  • Qraten – Üstü qızardılaraq sobada bişirilən yemək.
  • Qrill – Açıq alov və ya qızdırıcı üzərində bişirmə üsulu.
  • Quakamole – Avokadodan hazırlanan Meksika sousu
  • Qulyaş – Ət və sousla hazırlanan yemək.
H
  • Haşlama – Qidanın suda və ya bulyonda bişirilməsi.
  • Həcm ölçüsü – Stəkan, qaşıq kimi ölçü vahidləri.
X
  • Xaş – Heyvan sümüyü və ayaq hissəsindən hazırlanan yemək
  • Xinkali – Gürcü xəmir yeməyi.
  • Xolodes – Sümüklü ətin uzun müddət qaynadılıb soyudulması ilə hazırlanan, öz-özünə jele halına düşən ənənəvi rus mətbəxinə aid soyuq ət yeməyidir. 
J
  • Jülyen – Kremli sousda sobada bişirilən yemək (əsasən göbələkli).
İ
  • İstilik emalı – Qidanın bişirilməsi zamanı istilikdən istifadə.
  • İnqrediyent – Reseptdə istifadə olunan maddələr.
K
  • Karamel – Əridilmiş şəkər məhsulu.
  • Karamelizasiya – Şəkərin istiliklə qızarıb rəng və dad alması.
  • Karri – Ədviyyat qarışığı və ya sous.
  • Krem-brüle – Üstü karamelli desert.
  • Kruton – Qızardılmış çörək kubikləri.
  • Kulinariya – Yeməklərin hazırlanması və mətbəx sənəti sahəsi.
M
  • Marinad – Ətin və ya tərəvəzin dadlanması üçün sousda saxlanılması.
  • Mayalama – Xəmirin şişməsi prosesi.
  • Minyon (File minyon) – Ən yumşaq mal əti hissəsi.
  • Mitbol (Ət küftəsi) – Xırda ölçülü ət kürəcikləri.
  • Moti – Yapışqan düyüdən hazırlanan yapon şirniyyatı.
  • Müsli – Taxıl və quru meyvə qarışığı.
  • Mus – Havalı krem-desert.
N
  • Naços – Qarğıdalı çipsləri.
  • Nisbi bişmə – Yeməyin tam deyil, yarımçıq bişirilməsi.
  • Nəfis – Dadlı və estetik yemək.
  • Nori – Suşi üçün yosun yarpağı.
O
  • Orta odda bişirmə – Nə yüksək, nə də zəif istilikdə bişirmə üsulu.
  • Ovmaq – Ədviyyatları əllə və ya alətlə əzmək.
P
  • Porsiya – Bir nəfərlik yemək miqdarı.
  • Ponçik – Qızardılmış şirin xəmir.
  • Pesto – Fesleğenli italyan sousu.
  • Püre – Əzilmiş, hamar hala gətirilmiş yemək.
Q
  • Qızartma – Yağda və ya yağsız yüksək istilikdə bişirmə.
  • Qatqı – Yeməyə əlavə edilən əlavələr.
R
  • Ratatuy – Fransız tərəvəz yeməyi.
  • Reduksiya – Mayenin qaynadılaraq azaldılması və dadının gücləndirilməsi.
  • Resept – Yeməyin hazırlanma qaydası.
  • Rizotto – Kremli düyü yeməyi.
  • Roll – Bükülmüş suşi növü.
S
  • Sac tavası – Kiçik və ya byük diametrli qabarıq və ya düz dibli tava
  • Salami – Qurudulmuş kolbasa.
  • Salat – Çiy və ya bişmiş tərəvəz qarışığı.
  • Sashimi – Çiy balıq dilimləri.
  • Sous – Yeməyə əlavə dad verən maye qarışıq.
  • Sote – Az yağda tez bişirmə üsulu.
Ş
  • Şakşuka – Pomidorlu yumurta yeməyi.
  • Şaşlıq – Manqalda bişən ət.
  • Şafran – Bahalı ədviyyat.
  • Şirniyyat – Desert qrupu.
  • Şirələndirmə – Yeməyin öz suyunda qalmasını təmin etmək.
  • Şəkər tozu – Desertlərdə istifadə olunan incə şəkər.
  • Şnitsel – Döyülmüş ət dilimi.
  • Şorba – Maye yemək.
T
  • Tabule – Göyərtili salat.
  • Taco – Meksika yeməyi.
  • Tava – Qızartma üçün istifadə olunan mətbəx aləti.
  • Temperatur – Bişirmə istilik dərəcəsi.
  • Tempura – Xırtıldayan xəmirdə qızartma.
  • Teriyaki – Şirin-duzlu sous.
  • Tiramisu – Qəhvəli italyan deserti.
  • Tofu – Soya pendiri.
  • Tortellini – İçlikli makaron.
U
  • Udon – Qalın yapon əriştəsi.
  • Uxa – Balıq şorbası.
  • Unlama – Qidanın unla örtülməsi.
  • Uzunmüddətli bişirmə – Aşağı odda yavaş bişirmə üsulu.
V
  • Vitamin dəyəri – Qidanın faydalı maddə miqdarı.
  • Vurma – Xəmiri və ya qarışığı güclə qarışdırmaq.
Y
  • Yağsız bişirmə – Minimum yağla hazırlanma üsulu.
  • Yumşaltmaq – Ətin və ya tərəvəzin toxumasını yumşaltmaq.
Z
  • Zaatar – Yaxın Şərqə məxsus ədviyyat qarışığı.
  • Zavarnoy krem (Bişirilən krem) – Süd və yumurta ilə bişirilərək hazırlanan krem.
  • Zavarnoy xəmir – choux xəmiri   Unu qaynar su və ya yağ-su qarışığında bişirərək (dəmləyərək) hazırlanan xüsusi xəmir növüdür. Əsasən yumurta, un, su/süd və yağdan ibarət olan bu xəmir, yüksək nəmlik sayəsində sobada bişirdikdə şişir, içi boş və xırtıldayan olur.
  • Zalivnoy (Jelatinli yemək) – Jelatinlə bərkidilən soyuq yemək.
  • Zefir – Köpük formalı yumşaq şirniyyat.
  • Zirvak – Plovun əsas sousu (ət, soğan, yağ, ədviyyat).
  • Zövqə görə – Şəxsi dad seçiminə uyğun miqdar.

Qeyd: Əlavələr etmək istəsəniz mənə məlumat yazmağınızı xahiş edirəm.

Leave a Reply

You may also like...