🍮 Tarixi və Vətəni
Pastel de Nata şirniyyatının vətəni Portuqaliya hesab olunur. Bu məşhur kremli tartın tarixi təxminən XVIII əsrə gedib çıxır.
🏛 Tarixi:
Rəvayətə görə, bu şirniyyat ilk dəfə Jerónimos Monastery monastırında yaşayan rahiblər tərəfindən hazırlanıb. O dövrdə rahiblər paltarları nişastalamaq üçün çoxlu yumurta ağından istifadə edirdilər. Nəticədə çoxlu yumurta sarısı artıq qalırdı.
Rahiblər həmin sarılardan istifadə edərək müxtəlif şirniyyatlar hazırlamağa başladılar. Bu prosesdə xırtıldayan tart xəmiri və yumurta sarısından hazırlanan kremi birləşdirilərək məşhur Pastel de Nata şirniyyatı yaradıldı.
🏙 Yayılması:
1820-ci illərdə Portuqaliyada baş verən siyasi dəyişikliklər nəticəsində monastırlar bağlanmağa başladı. Rahiblər resepti gizli şəkildə bir şəkər zavoduna satdılar.
1837-ci ildən etibarən isə bu şirniyyat Pastéis de Belém adlı məşhur şirniyyat evində hazırlanaraq satılmağa başlandı. Bu məkan bu gün də orijinal reseptlə hazırlanmış Nata ilə məşhurdur.
🌍 Dünyada məşhurluğu:
Zaman keçdikcə Pastel de Nata bütün dünyaya yayıldı. Xüsusilə: Avropada, Braziliyada, Asiya ölkələrində (Makao və Honq Konq) bu desert çox sevilən şirniyyatlardan biridir.

Pastel de Nata
Ingredients
Method
- Un, kərə yağı, duz, xama və yumurtanı bir qabda qarışdırıb xəmir yoğuraq. Xəmirin çox bərk olmaması üçün az miqdarda su əlavə etmək olar. Nəticədə ələ yapışmayan, yumşaq xəmir əldə olunmalıdır.
- Sonra xəmiri streçə büküb 30 dəqiqə soyuducuda saxlayaq.
- İlk öncə şərbətini hazırlayaq. Bunun üçün bir qazana şəkər tozu, su, vanilin, limon qabığı və darçını əlavə edib, 5 dəqiqə qaynadaq və soyumağa qoyaq.
- Başqa bir qazanda süd, un, kraxmal və çox az miqdarsa duzu qarışdırıb ocağa qoyaq və qarışdıra-qarışdıra qatılaşana qədər bişirək.
- Qatılaşdıqdan sonra ocaqdan götürüb, hazırladığımız şərbəti az-az əlavə edə edə qarışdıraq.
- Ən sonda yumurta sarılarını bir-bir əlavə edib qarışdıraq. İçərisində topaqların qalmaması üçün əldə etdiyimiz kremi süzgəcdən keçirək.
- Soyuducuya yerləşdirdiyimiz xəmiri və ya otaq temperaturunda açılmış milföy xəmirini oxlov vasitəsilə açaq. Sonra rulon şəklində yığıb, balaca bərabər hissələrə bölək.
- Maffin qabı ölçüsündə yayaq.
- Kiçik maffin qablarını az miqdarda yağla yağlayıb hazırladığımız xəmiri qabın içinə tam yerləşdirək. İçinə hazırladığınız kremi əlavə edək.
- Əvvəlcədən 360°C-də qızdırılmış sobada təxminən 20–25 dəqiqə bişirək.
- Üstü qızılı rəng aldıqda şirniyyat hazırdır.
- Üzərinə bir az darçın və ya şəkər pudrası səpmək olar.
- Nata şirniyyatını isti və ya ilıq halda yedikdə daha dadlı olur. NUŞ OLSUN!
Notes
- Kremə şərbəti əlavə edərkən qarışımın çox duru olmamasına diqqət etmək lazımdır. Əldə etdiyimiz qarışım krem kimi qatı olmalıdır.
- Xəmir maffin qabının bütün kənarlarını örtməlidir.
- Milföy xəmiri ilə hazırlanan tart tez bişir. Buna görə tartları yerləşdirdiyimiz tavanı sobanın üst hissəsinə yaxın mərtəbəsinə yerləşdirmək məsləhətdirki, içlik və milföy eyni anda bişsin.



