Go Back
top view sweet patties delicious baked pies tea dark background tea meal pastry food patty dough
Turana Haciyeva

Sobada sadə Peraşki resepti

Peraşki əsasən Şərqi Avropa və Slavyan mətbəxinə aid olan yeməklərdən biridir. Bu təam daha çox Rusiya mətbəxi ilə əlaqələndirilir. “Pirojki” və ya “pirozhki” adlanan bu xəmir yeməyinin adı rus dilində “kiçik piroq” mənasını verir və Rusiya mətbəxinin məşhur təamlarından biri hesab olunur.
Sovet dövründə bu yemək Azərbaycan daxil olmaqla bir çox ölkələrdə yayılmış və zamanla yerli mətbəxdə də geniş şəkildə hazırlanmağa başlanmışdır.
Prep Time 1 hour 20 minutes
Cook Time 30 minutes
Total Time 1 hour 50 minutes
Servings: 15 ədəd peraşki alınır
Course: İsti yeməklər, qəlyənaltılar, səhər yeməyi
Cuisine: Azərbaycan mətbəxi, Rusiya mətbəxi
Calories: 4240

Ingredients
  

Xəmiri üçün:
  • 5 st un
  • 1 st süd
  • 1 st su
  • 1/2 st bitki yağı
  • 2 ədəd yumurtanın ağı
  • 1 x.q quru maya
  • 1 x.q şəkər tozu
  • 1 ç.q duz
İçlik üçün:
  • 3-4 ədəd kartof və ya 300 qr mal ciyəri
  • 1 ədəd soğan
  • 2 x.q yağ
  • duz
  • istiot

Method
 

  1. İlk öncə mayanı hazırlayaq. Bunun üçün maya, şəkər tozu və 1/2 st südü qarışdırıb, mayanın həll olmasını gözləyək.
  2. Bir dərin qabda unun üzərinə duz, yumurta ağı, su, yağ və maya qarışımını əlavə edib, xəmir yoğuraq. Hazırladığımız xəmirin üzərini isti parça ilə örtüb 30 dəqiqə - 1 saat dincəlməyə qoyaq.
  3. Kartoflu içlik üçün - kartofu qaynadıb püre halına salaq. İçərisinə duz, istiot əlavə edib qarışdıraq.
  4. Alternativ olaraq ciyərli içlik hazırlamaq olar. Bunun üçün 300 qr mal və ya toyuq ciyərini az yağda bişirib püre halına salaq. Üzərinə duz, istiot, pul bibər, sarıkök, soğan tozu və ya az qovrulmuş soğan əlavə edib qarışdıraq..
  5. Dincəlmiş xəmiri kiçik və bərabər hissələrə ayırıb kündələr hazırlayaq. Sonra kündələri uzunsov formada açıb ortasına içlik qoyaq və kənarlarını bağlayaq.
  6. Hazırladığımız peraşkiləri soba qablarına düzüb, üzərinə yumurta sarısı çəkək.
  7. Sobanın bişirmə temperaturu hər kəs də fərqli ola bilər. Ona görə də peraşkiləri təxminən 20–25 dəqiqə ərzində, sobanızın temperaturuna uyğun şəkildə bişirin. NUŞ OLSUN!

Notes

  • Üzərinə küncüt və ya çörəkotu səpsəniz daha gözəl görünəcək.
  • Kartof əvəzinə ət, kələm və ya göbələk içliyi də istifadə edə bilərsiniz.
  • Sobadan çıxan kimi üzərinə bir az kərə yağı çəksəniz daha yumşaq olınacaq.
  • Peraşkiləri sobada çox saxlamaq lazım deyil, əks halda quruyacaq.