Ingredients
Method
- Umacın hazırlanma qaydası:
- Ərinməmiş kərə yağını una batırıb sürtgəcdən keçirək. Üzərinə şəkər tozu, vanil, qabartma tozu, yumurta və duzu əlavə edib umac halına salaq.
İçliyin hazırlanma qaydası:
- Kəsmiki yaxşıca əzib, üzərinə yumurta, şəkər tozu, vanil, xama əlavə edib blenderdən keçirək.
- İçərisində kəsmiyin topaqlarının qalmaması üçün spatula vasitəsi ilə süzgəcdən keçirin. Nəticədə qatı krem əldə etmiş olacayıq.
Bişirilmə qaydası:
- Dərin və quru soba qabına umacın 2/3 hissəsini töküb qabın içərisinə bərabər ölçüdə basdıra-basdıra yayaq.
- Üzərinə içliyin hamısını tökək.
- Xəmirli umacın qalan hissəsini isə içliyin üzərinə səpək və yüngülcə basdıraqki bişəndən sonra çox oxantı olmasın.
- Üzərinə istənilən cemdən zolaq formasında çəkib tvovkaya qoyaq.
- 30 dəqiqə 200 dərəcədə bişirək. Üzəri bir az qızaran kimi piroqu sobadan çıxaraq.
- NUŞ OLSUN!
