Gözəllik və Baxım

Üzə qulluq mərhələləri

pexels oskelaq 19437856

Bu gün sizlərə üzə qulluq mərhələləri və düzgün dəri baxımı qaydaları haqqında məlumat verəcəyəm.

Gəlin ilk öncə üz dərisinə qulluq barədə ümumi anlayışla tanış olaq.

u tw1tef2ci0 woman 8826707 1920

Gündəlik üz baxımı cəmi bir neçə əsas mərhələdən ibarətdir. İlk baxışdan bütün bu kompleks bəzilərinə  uzun və həyata keçirilməsi çətin görünə bilər. Əslində isə burada mürəkkəb bir şey yoxdur. Əsas odur ki, dəri üçün vacib olan addımları sistemli şəkildə və müntəzəm həyata keçirməkdir. Baxımı gündəlik rutin halına gətirmək kifayətdir.

Üz dərisinə qulluğun əsas mərhələləri:

  • Dərinin təmizlənməsi
  • Tonikləmə
  • Nəmləndirmə

1. Dərinin təmizlənməsi:

pexels shiny diamond 3762454

Xüsusilə kosmetik vasitələrdən gündəlik istifadə edən xanımlar üçün ən vacib addım gündə 2 dəfə, səhər və axşam olmaq şərti ilə üzün makiyajdan, sebumdan (yağlanmadan) və çirklənmədən təmizlənməsidir.

Gün ərzində üzdə yığılmış bütün qalıqlar mütləq şəkildə aradan qaldırılmalıdır. Əks halda üzdə qara nöqtələr, sızanaqlar, iltihablar və digər kiçik və böyük problemlər yarana bilər.

Bu səbəbdən üz dərisinin – dermis qatının təmizlənməsi hərtərəfli və müntəzəm olmalıdır.

Gəlin tənbəllik etməyək və daim baxımlı olaq. Məncə bu hər bir xanımın arzusudur.

2. Tonikləmə:

pexels freestockpro 12940862

Üzün təmizlənməsi üçün xüsusi təmizləyici vasitələrdən tonik, köpük və gellərdən istifadə edə bilərsiniz.

Mütləq şəkildə dəri tipinizə uyğun olan tonik seçin. Həssas üz dərisi, eləcə də göz və gözətrafı üçün alkoqolsuz toniklərdən istifadə etmək tövsiyə olunur.

Tonikləmə dərinin pH balansını bərpa edir, məsamələrin sıxlaşmasına, hüceyrə yenilənməsinə köməklik edir.

Düzgün seçilmiş təmizləyici vasitələr dəridə turşuluq balansını normallaşdırır, iltihabı azaldır və dərini növbəti qulluq mərhələsinə hazırlayır.

3. Nəmləndirmə:

pexels shiny diamond 3762877

Dəri nəmləndirilmədikcə qulluq prosesi tamamlanmış sayılmır. Nəmləndirici kremlər, spreylər və losyonlar dərinin su balansını qorumağa və bərpa etməyə kömək edir. Dərinin elastik və sağlam görünməsi üçün bu mərhələ olduqca vacibdir.

Digər vacib məqamlar:

lubovlisitsa lipstick 4743984 1920

1.Günəş və soyuqdan qorunma:

      Günəş şüalarının və soyuq havanın dəriyə zərərli təsirindən qorunmaq üçün xüsusi qoruyucu kremlərdən istifadə etmək lazımdır.

      Günəşli havaya çıxmazdan əvvəl açıq tənli xanımlar SPF səviyyəsi yüksək olan, tünd tənli xanımlar isə SPF səviyyəsi aşağı olan kremlərdən istifadə etməsi tövsiyə olunur. SPF seçərkən məhsulun həm UVB, həm də UVA səviyyələri bərabər olsun.

      Bu mövzu ilə bağlı növbəti paylaşımlarımda daha geniş məlumat verəcəyəm.

      2.Yay aylarında diqqət olunması lazım olan məqamlar:

        Yay mövsümündə yüngül teksturalı və dərini ağırlaşdırmayan kosmetik vasitələrə üstünlük vermək daha məqsədə uyğundur.

        Hələlik bu qədər. Növbəti paylaşımlarımda hər bir dəri problemi ilə bağlı ayrıca və daha geniş məlumat təqdim edəcəyəm.

        Bizi izləməyi unutmayın.

        Leave a Reply

        You may also like...