Maraqlı Faktlar

Su Həyat Bənbəyidir

pexels volkerthimm 27011058
Suyun tarixi və tərkibi
pexels apasaric 1530423

Su yer üzündə milyardlarla il əvvəl formalaşmış və Yer üzərində həyatın yaranmasına şərait yaratmışdır. İnsan tarixi boyunca su həyati rol oynayıb: həm içmək üçün, həm əkinçilik, sənaye və enerji istehsalında əsas resurs hesab olunmuşdur.

Qədim sivilizasiyalar əsasən su hövzələri ətrafında məskunlaşmış və inkişaf etmişdir. Buna misal olaraq: Nil çayı ətrafında Misir mədəniyyəti formalaşmış, Roma akveduktları isə şəhərlərə suyun daşınmasını təmin etmişdir.

Yer kürəsində təxminən 1400 mln km3 su var; okeanlar, dənizlər, göllər, çaylar və buzlaqlar – 361,13 mln km2 olmaqla Yer kürəsi səthinin 71%-ni əhatə edir. Suyun böyük bir hissəsi (97,54%) okeanlarda və içmək üçün yararsız duzlu sularda yerləşir. Təmiz su əsasən buzlaqlarda (1,81%) və yeraltı sularda (təxminən 0,63%), yalnız kiçik bir hissəsi (0,009%) çaylarda və göllərdə olur.

Suyun dini və mədəni əhəmiyyəti

Su əsas həyat mənbəyi olduğuna görə, qədim dövrlərdən bu günə kimi dini və mədəni mərasimlərdə su ilə bağlı müxtəlif ayin və mərasimlər keçirilir. Su təmizlənmə, yenilənmə və müqəddəslik rəmzi kimi qəbul edilmiş, bir çox inanclarda ruhun və bədənin saflaşdırılması üçün istifadə olunmuşdur.  Buna misal olaraq. Islam dinində dəstəmaz və qüsl ibadətin mühüm şərti sayılır, Xristianlıqda xaç suyuna salma mərasimi mənəvi yenilənməni simvolizə edir, Hinduizmdə isə müqəddəs çaylarda yuyunmaq günahlardan təmizlənmə kimi qəbul olunur.

Suyun kimyəvi və fiziki tərkibi
pexels cottonbro 9667799

Su – kimyada — hidrogen monoksid, hidrogen hidroksid, H₂O – iki hidrogen atomundan və bir oksigen atomundan ibarət olan qeyri-üzvi birləşmədir. Su – Oksigenlə reaksiya zamanı hidrogenin yanması (oksidləşməsi) əmələ gəlir. Su çox spesifik fiziki xüsusiyyətlərə malikdir: Adi halda – şəffaf, rəngsiz, qoxusuz və dadsızdır. Bərk halda – buz kristalları qar və ya şaxta əmələ gətirə bilir. Qaz halına gədikdə buxara çevrilir. Su həmçinin maye kristallar şəklində də mövcuddur. Sabitliyi və alovlanmaması səbəbindən tamamilə zəhərsizdir və insan sağlamlığı üçün təhlükəsizdir. Su 0°C (273,15 K)-də donur, normal təzyiqdə 100°C (373,15 K)-də qaynayır, 4°C-də maksimum sıxlığa çatır. Saf suyun (distillə edilmiş)  25°C temperaturda pH dəyəri təqribən 7-yə bərabərdir. Bu da suyun neytral mühitdə olduğunu göntərir..

kulinariya terminləri

Su damlaları – havada görünməz su buxarı soyuq səthlə qarşılaşdıqda və ya yüksək atmosferdə soyuyaraq maye hala keçir. Su molekullarının hidrogen bağları vasitəsilə bir-birinə yapışması və səth gərilməsi nəticəsində əmələ gəlir. Bütün bu proses kondensasiya adlanır.

Suyun insan sağlamlığı üçün faydaları
  • Hidratasiya – hüceyrələrin normal fəaliyyətini təmin edir.
  • Qidaların daşınması – qan və limfa vasitəsilə qida və oksigeni hüceyrələrə çatdırır.
  • Zəhərlərin atılması – böyrək və sidik sistemi ilə toksinləri bədəndən çıxarır.
  • Bədən temperaturunun tənzimlənməsi – tərləmə yolu ilə istiliyi azaldır.
  • Dəri və saç sağlamlığı – nəmləndirməyə kömək edir.
Suyun ekosistem üçün əhəmiyyəti
  • Bitkilər üçün həyati mənbədir.
  • Suda yaşayan canlılar üçün yaşayış mühitidir.
  • İqlimin tənzimlənməsində mühüm rol oynayır
  • Hidrosferin əsas elementidir
  • İqlim tənzimləyici və hidrosferin əsas elementidir.
Su növüKimyəvi/fiziki xüsusiyyətləriFaydaları / İstifadəsi
İçməli suSaf, minimal minerallar,
pH ~7.
Hidratasiya, orqanizmin funksiyalarını qorumaqda və toksinlərin atılmasında faydalıdır.
Mineral suTəbii mineral maddələrlə zəngin – Ca, Mg, Na, K.Sümüklər və dişlər üçün faydalıdır. Həzm sistemini dəstəkləyir.
Termal / İsti suYeraltı qaynaqlardan gələn, mineral tərkibli, yüksək temperaturlu.Dəri və əzələ sağlamlığına, stressin azalmasına, bədən detoksuna kömək edir.
Buzlu / Qazlı suKarbon dioksid ilə zənginləşdirilmiş.Susuzluğu tez yatırır, içim rahatlığı, qida ilə sinerji
Təmizlənmiş / Distillə edilmiş suMinerallardan təmizlənmiş, H₂O – saf forması.Laboratoriya və texniki məqsədlər üçün istifadə olunur. İçmək üçün uyğun deyil.
Dəniz / duzlu suYüksək natrium və digər duz tərkibli.Balıqçılıqda, enerji kimi, sənayedə. İçmək üçün yararsızdır.

💡 Qeyd: Suyun faydaları həm tərkibinə, həm də istifadə məqsədinə görə dəyişir. Məsələn, mineral su müntəzəm istifadə üçün, distillə su laboratoriya üçün əhəmiyyətlidir, dəniz suyu isə içmək üçün yararlı deyil.



Tez-tez verilən suallar (FAQ)

Su kimyəvi baxımdan H₂O formuluna malik qeyri-üzvi birləşmədir. İki hidrogen və bir oksigen atomundan ibarətdir. Adi şəraitdə rəngsiz, qoxusuz və dadsızdır. 0°C-də donur, 100°C-də qaynayır və 4°C-də maksimum sıxlığa çatır.

Yer səthinin təxminən 71%-i su ilə örtülüdür. Lakin bu suyun 97%-dən çoxu okeanlarda yerləşən duzlu sudur. İçməli suyun böyük hissəsi buzlaqlarda və yeraltı sularda toplanıb. Çay və göllərdə olan şirin su isə ümumi su ehtiyatının çox kiçik hissəsini təşkil edir.

  • Hüceyrələrin normal fəaliyyətini təmin edir
  • Qida və oksigenin daşınmasında iştirak edir
  • Toksinlərin bədəndən xaric olunmasına kömək edir
  • Bədən temperaturunu tənzimləyir
  • Dəri və saç sağlamlığını dəstəkləyir

İnsan orqanizmi suyu enerji mənbəyi kimi istifadə etməsə də, onsuz metabolizm səssizcə dayanır.

Su mənbələri qədim mədəniyyətlərin formalaşmasında əsas faktor idi. Məsələn, Nil çayı ətrafında Misir sivilizasiyası inkişaf etmiş, Roma akveduktları isə şəhərlərə suyun daşınmasını təmin etmişdir. Su həm də əkinçilik və şəhərsalmanın təməli sayılırdı.

Bir çox dinlərdə su təmizlənmə və yenilənmə rəmzidir:

  • Islam dinində dəstəmaz və qüsl ibadətin şərtidir
  • Xristian dinində xaç suyuna salma mənəvi yenilənməni ifadə edir
  • Hinduismdə müqəddəs çaylarda yuyunmaq günahlardan təmizlənmə kimi qəbul edilir

Havada olan görünməz su buxarı soyuduqda maye hala keçir. Bu proses kondensasiya adlanır. Hidrogen bağları və səth gərilməsi nəticəsində su damlaları formalaşır.

  • Bitkilərin fotosintezi üçün vacibdir
  • Su canlıları üçün yaşayış mühitidir
  • İqlimin tənzimlənməsində mühüm rol oynayır
  • Hidrosferin əsas komponentidir

Leave a Reply

You may also like...