Gözəllik və Baxım

Saçlara qulluq qaydaları

kulinariya terminləri

Saça qulluq bir az bağçaya baxmağa bənzəyir. Torpaq sağlamdırsa və vaxtlı vaxtında suyu, gübrəsi verilirsə çiçək sağlam şəkildə yetişir. Saç da eyni qaydada düzgün qulluq rutinindən asılıdır.

Hər şeydən öncə saçın tipi müəyyən edilir sonra isə tipə uyğun şampun və maskalardan istifadəyə başlanılır.

Saç tipləri:

  • Yağlı saç
  • Quru saç
  • Qarışıq saç
  • Zədələnmiş və boyalı saç
hair care set.
Hair care set. Infographic of woman showing how to care for hair.
Saçı düzgün yumaq qaydası:
  • Saçı həddindən artıq tez-tez yumaq olmaz. Həftədə 2–3 dəfə yumaq kifayətdir.
  • Şampunu yalnız saç dibinə tətbiq etmək lazımdır. Uclarını isə şampunun köpüyü ilə yumaq yetərli olacaqdır.
  • Yuma zamanı ilıq sudan istifadə etmək lazımdır. Çox isti su saçın yağlılığını artırır və quruluq yaradır.
Kondisioner və maska istifadəsi:
  • Kondisioner yalnız saç uclarına çəkilməlidir.
  • Saç maskasdan həftədə 1 dəfə istifadə kifayətdir.
  • Yağlı saçlar üçün yüngül, quru saçlar üçün daha qidalandırıcı məhsullar seçilməlidir.
Saçları qurudarkən diqqət olunması məqamlar:
  • Saçı sərt dəsmalla sürtmək olmaz
  • Fen istifadə edərkən isti havanı birbaşa dibə tutmaq və ya ev şəraitində salon fenlərindən istifadə etmək məsləhət deyil.
  • Fenin istilik qoruyucu başlıqlarından istifadə edərək saçlarınızı qurudun.
Saçı zəiflədən səhvlər:
  • Hər gün ütüləmə və qurutma fenindən istifadə
  • Yaş saçı daraqlamaq
  • Həddindən artıq sıx yığmaq
  • Kimyəvi prosedurları tez-tez etmək

Saçlar tipinə uyğun vitamin və maskalar.

Saç üçün ən faydalı vitaminlər və yağlar.
  • Vitamin E – saçın uclarını nəmləndirir, elastikliyi artırır.
  • Vitamin A – saç dərisini qidalandırır, saçın parlaq olmasına kömək edir.
  • Vitamin B-kompleks (B5, B7) – saç böyüməsini dəstəkləyir, tökülməni azaldır.
  • Vitamin C – kollagen istehsalını dəstəkləyir, saç telini gücləndirir.
  • Omega-3 yağ turşuları (balıq yağı, linseed yağı) – saçın parlaqlığını və elastikliyini artırır.
Biotin (Vitamin B7):
  • Saç follikullarını gücləndirir
  • Saç tökülməsini azaldır
  • Saçın elastikliyini və parlaqlığını artırır
  • Dırnaqları da möhkəmləndirir
Vitamin B5 (Pantoten turşusu):
  • Saçı nəmləndirir, qırılmasının qarşısını alır
  • Saç köklərini qidalandırır
  • Saçın daha sürətli uzanmasına kömək edir

Əgər saç tökülməsi çoxdursa, təkcə biotin deyil, dəmir, sink, D vitamini və B12 vitaminlərinədə ehtiyac var

Təbii mənbələr.
  • B7: yumurta sarısı, qoz, badam, avokado
  • B5: toyuq əti, balıq, yumurta, göbələk, paxlalılar
Saçın uzanması və tökülməsinə qarşı maska (quru saçlar üçün)
  • 1 x.q. kastor yağı — saç köklərini möhkəmləndirir və uzanmanı dəstəkləyir
  • 1 x.q. hindqozu yağı (kakos) — saçı dərindən nəmləndirir
  • 1 x.q. zeytun yağı  — elastiklik və təbii parıltı verir
  • 1 kapsul E vitamini (apteklərdə “Evion 400” kimi satılır) – saç dibini qidalandırır
  • 5 damcı rozmarin efir yağı – qan dövranını stimullaşdırır və tökülməni azaltmağa kömək edir
  • İstəyə görə: 2-3 damcı nanə yağı da əlavə etmək olar
Hazırlanması:

Bütün yağları şüşə qabda yaxşıca qarışdırın. E vitamini kapsulunu deşib içindəki mayeni qarışıma əlavə edin. Qarışığı hazırladığımız şüşə qabı isti suda (isti su vannası) bir müddət saxlayıb sonra saçlara tətbiq etsəniz təsirini artırmış olarsınız.

Tətbiqi:
  1. Maskanı əsasən saç diblərinə çəkin.
  2. 5 dəqiqə yüngül masaj edin.
  3. Qalan hissəni saç uzunluğuna yayın.
  4. 1 saat saxlayın.
  5. Şampunla 2 dəfə yuyun.

Həftədə 1 dəfə istifadə etmək kifayətdir.

Qeyd:
  • Efir yağlarını birbaşa dəriyə tətbiq etməyin, mütləq daşıyıcı yağla qarışdırın.
  • Allergiya testi etmədən istifadə etməyin.
  • Güclü və davamlı saç tökülməsi varsa, dermatoloqla məsləhətləşin.
Saçın uzanması və tökülməsinə qarşı təbii maska (yağlı saçlar üçün)

Belə saç köklərində artıq yağ, uclarda isə yorğunluq olduğuna görə istifadə olunan maska həm saç dibini balanslaşdırmalı, həm də uzanmanı stimullaşdırmalıdır.

Lazım olanlar:
  • 1 xörək qaşığı qatıq
  • 1 çay qaşığı limon suyu
  • 1 çay qaşığı qara zirə yağı və ya gənəgərçək yağı
  • 1 ədəd yumurta sarısı
  • 1 çay qaşığı bal
Hazırlanması:

Bütün inqrediyentləri şüşə qabda qarışdırın. Nəticədə kremvari konsistensiya əldə edəcəksiniz.

Necə tətbiq etməli:
  1. Maskanı əsasən saç diblərinə çəkin.
  2. Yüngül masaj edin ki, qan dövranı artsın.
  3. 30–40 dəqiqə saxlayın.
  4. İlıq su və yüngül şampunla yuyun.

Həftədə 1 dəfə istifadə etmək kifayətdir.

Bu maska necə təsir edir?
  • Limon suyu – artıq yağı balanslaşdırır
  • Qatıq – saç dərisini sakitləşdirir
  • Yumurta sarısı – proteinlə qidalandırır
  • Qara zirə yağı – saç köklərini gücləndirir
  • Bal – antibakterial təsir göstərir
⚠  Qeyd:
  • Saç tökülməsi hormonal və ya tibbi səbəbdəndirsə, dermatoloqa müraciət etmək lazımdır.
  • İlk istifadədən əvvəl allergiya testi edin.
  • Çox tez-tez istifadə etmək məsləhət görülmür. saç dibi yorula bilər.


Tez-tez verilən suallar (FAQ)

Əksər saç tipləri üçün həftədə 2–3 dəfə kifayətdir. Yağlı saçlarda bu aralıq bir qədər az ola bilər, quru saçlarda isə daha seyrək yumaq məsləhətdir.

Ən vacib vitaminlər:

  • B7 (Biotin)
  • B5 (Pantoten turşusu)
  • D vitamini
  • Dəmir və sink
  • B12

Vitamin çatışmazlığı varsa, analiz verərək həkim məsləhəti ilə qəbul etmək daha düzgündür.

Xeyr. Efir yağları mütləq daşıyıcı yağla (məsələn, zeytun, hindqozu və ya gənəgərçək yağı) qarışdırılmalıdır.

Təbii maskalar ən azı 6–8 həftə davamlı istifadə olunduqda nəticə göstərir. Səbr burada əsas açardır.

Xeyr. Yaş saç daha elastik və həssas olur. Geniş dişli daraqdan istifadə etmək və saçın bir qədər qurumasını gözləmək daha təhlükəsizdir.

Yüksək istilik və tez-tez istifadə saç strukturunu zəiflədir. İstilik qoruyucu məhsullardan istifadə etmək və fen temperaturunu aşağı səviyyədə saxlamaq məsləhətdir.

Səbəblər müxtəlif ola bilər:

  • Vitamin çatışmazlığı
  • Hormonal balans pozğunluğu
  • Saç uclarının tez-tez qırılması
  • Həddindən artıq istilik və kimyəvi prosedurlar

Gündə təxminən 50–100 tel saç tökülməsi normaldır. Əgər bundan çoxdursa və uzun müddət davam edirsə, dermatoloqa müraciət etmək lazımdır.

Bəli, lakin limon kimi açıcı təsiri olan məhsullar boyanın rəngini zəiflədə bilər. Boyalı saçlarda daha çox nəmləndirici və bərpaedici maskalara üstünlük verilməlidir.

Leave a Reply

You may also like...