Mətbəx Sirləri

Qazan və tavaların sağlamlığa təsiri

pexels justus menke 3490295 5782042
Mətbəxdə istifadə olunan qazan və tavaların sağlamlığa təsiri, qabların müqayisəsi və istifadə qaydaları.
4
6
pexels chaos tyrone 695669176 20430676
10
9
8

Mətbəx alətləri səssiz qəhrəmanlardır. Yeməyi ya şah əsərə çevirirlər, ya da dadını küsdürürlər
Gəlin qazan və tavaların “xarakter xəritəsini” birlikdə açaq.

NövləriÜstünlüklərRisklərTövsiyə
TeflonYağ az istifadə olunur. Yumurta, pankek üçün idealdır. Təmizləməsi rahatdır.  Cızılarsa örtük zədələnir. Yüksək temperaturda təhlükəli qaz buraxa bilər. Uzunömürlü deyil.Metal qaşıq istifadə etmək olmaz. Orta istilikdən yuxarı qaldırmaq olmaz. Cızılıbsa dəyişmək lazımdır.
AlüminiumTez qızır. Yüngüldür. Ucuzdur.Turş yeməklə reaksiya verə bilər. Keyfiyyətsizdirsə metal keçişi mümkündür.Anodlaşdırılmış alüminium tava və qazan seçmək məsləhətlidir. Turş sousları uzun müddət saxlamaq olmaz.
Paslanmayan poladDayanıqlıdır. Reaksiya vermir. Sağlam seçimdir.Yemək yapışa bilər. İstilik paylanması keyfiyyətə bağlıdır.İstifadədən əvvəl qızdırmaq sonra yağı əlavə etmək lazımdır. Seçimdə qalın dibli modeli məsləhətlidir.
Çuqunİstiliyi uzun müddət saxlayır. Uzunömürlüdür. Yeməklərə dəmir minerali ötürə bilər.Ağırdır. Qulluq istəyir.Yuyub dərhal qurulamaq lazımdır, yoxsa paslanır. Yağlayaraq saxlamaq lazımdır. Qabyuyan maşına qoymaq olmaz.
Keramika örtüklüKimyəvi örtüyü yoxdur. Daha təhlükəsiz sayılır.Örtük tez sıradan çıxa bilər. Ucuz modellər keyfiyyətsizdir. 
Daş / qranit  Təbii görünüş xoşagələndir. İstiliyi bərabər saxlayır. Çatlayarsa istifadə etmək olmaz. Orijinal olmasına diqqət etmək lazımdır.
ŞüşəKimyəvi reaksiya vermir. Turş yeməklər üçün təhlükəsizdir. Yeməyi görərək bişirə bilirsən. Qoxu saxlamır. Sobada yeməklərinə, güveç tipli yeməklərə uyğundur. Diet və turş souslu yeməklərə uyğundur.Zərbəyə həssasdır. Ani temperatur dəyişimində çat verə bilər. Çox yüksək odda istifadəsi uyğun deyil  Sobadan çıxarıb birbaşa soyuq səthə qoymaq olmaz. Qazın ən yüksək rejimində istifadə etmək olm Çatlayan kimi dəyişmək lazımdır.
Gilİstiliyi yumşaq və bərabər yayır Yeməkləri daha dadlı olmasına imkan verir. Sobada çox yaxşı nəticə verir. Uzun bişən yeməklək və güvəc üçün idealdır.Keyfiyyətsiz gil qazanların tərkibində ağır metal ola bilər. Çatlama riski var. Qulluq tələb edir.İlk istifadədən əvvəl suda saxlamaq lazımdır. Qəfil yüksək temperatura qoymaq olmaz. Yuyub tam qurulamaq lazımdır.
Nikel tərkibli
(əsasən paslanmayan poladın tərkibində olur.)
Paslanmaya qarşı davamlıdır. Parlaq və uzunömürlü səthi var. Yeməklə reaksiya vermir.Nikel allergiyası olanlarda problem yarada bilər. Çox ucuz məhsullarda keyfiyyət aşağı ola bilər. Təmiz “nikel qazan” demək olar ki, yoxdur.Əgər nikelə qarşı həssaslıq varsa: 18/0 paslanmayan polad seçmək və ya alternativ olaraq şüşə və ya çuqun qazan və tavalardan istifadə etmək olar.
TitanÇox davamlıdır. Cızılmaya qarşı daha dözümlüdür. Yüksək temperaturda stabildir. Yüngüldür.Keyfiyyətsiz məhsul istifadəsi risklidir. Titan çox vaxt “örtük” kimi istifadə olunur, tam titan qablar nadirdir və çox bahalıdır.Titan biouyğundur və tibbdə də istifadə olunur. Ümumilikdə təhlükəsiz hesab edilir.
Tez-tez Verilən Suallar

Ən təhlükəsiz seçimlər paslanmayan polad, çuqun və şüşə qazanlardır. Bu materiallar yeməklə kimyəvi reaksiya vermir və uzun ömürlüdür.

Cızılmış və yüksək temperaturda istifadə olunan teflon tava zərərli ola bilər. Orta istilikdə və cızılmadan istifadə etmək tövsiyə olunur.

Bəli. Şüşə qazan turş yeməklərlə reaksiya vermir və təhlükəsiz hesab olunur. Yüksək temperaturdan qorunmalıdır.

Keyfiyyətli və sertifikatlı gil qablar təhlükəsizdir. Ucuz və keyfiyyətsiz məhsullarda ağır metal riski ola bilər.

Çuqun qablar istiliyi yaxşı saxlayır və az miqdarda dəmir minerali verə bilər. Lakin düzgün qulluq vacibdir.

Anodlaşdırılmış alüminium təhlükəsizdir. Sadə alüminium qablar turş yeməklər üçün uyğun deyil.

Leave a Reply

You may also like...