Mətbəx Sirləri

Qabları təmizləmək üçün evdə hazırlanan təbii vasitələr

2148818444

Ekoloji cəhətdən təhlükəsiz, tərkibində kimyəvi maddələr olmayan, ev şəraitində hazırlaya biləcəyiniz ən ucuz və ən asan yollar.

Bütün bu təbii vasitələr kimyəvi yuyuculara yaxşı alternativlərdir. 🧽✨

1 xörək qaşığı soda, yarım limon suyu və bir az isti suyu yaxşıca qarışdırıb, süngər vasitəsilə qabları təmizləyin.

Bu üsul yağları tez təmizləyir və pis qoxunu aradan qaldırır.


1 stəkan sirkə və 1 stəkan suyu qarışdırıb sprey şüşəsinə tökün. Qablara və ya lavaboya səpib yuyun.

Bu  üsul bakteriyaları azaldır və ləkələri çıxarır.


Yanmış qazanın üzərinə 1 x.q duz və yarım limon suyunu töküb, 3-5 dəqiqə saxlayın, sonra qzanı yuyun.

Bu  üsul ilə yanmış ləkələri yumşalacaq və qablar parıldayacaq.


1 xörək qaşığı soda, 2 xörək qaşığı sirkə və isti suyu qarışdırıb, qabları yumaq olar.

Onuda qeyd edimki bu qarışım zamanı köpük yaranacaqdır.

Leave a Reply

You may also like...