Mətbəxdə qabları yumaq üçün evdə hazırlanan maye sabun kiçik bir kimya möcüzəsi kimidir.
Bir neçə sadə məhsul qarışır və nəticədə yağla döyüşən, qoxunu yox edən təbii bir məhlul ortaya çıxır. 🧼🍋
Lazım olanlar:
- 1 stəkan isti su
- 1 xörək qaşığı soda
- 1 xörək qaşığı sirkə
- 1 xörək qaşığı limon suyu
- 1 çay qaşığı duz
Hazırlanma və istifadə qaydası:
- Bir qabın içərisinə isti su və sodanı əlavə edib, yaxşıca qarışdırın. Üzərinə sirkə, limon suyu və duzu əlavə edin. Nəticədə yüngül köpük əmələ gələcəkdir.
- Qarışığı bir şüşə və ya dispenser qabına tökün.
- Əldə etdiyimiz mayeni süngərin üzərinə töküb, qabları adi qaydada yuyun. Sonra isti su ilə durulayın.
✨ Təsiri:
- Qablardan artıq yağlar təmizlənir, parıldayır və pis qoxuları azalır
đź’ˇ Qeyd:
- Bu qarışıq çox uzun müddət saxlanmamalıdır. Ən yaxşısı 3–5 gün üçün hazırlamaqdır, çünki təbii maddələr konservant olmadan tez təsirini itirə bilər.
- Əgər daha yaxşı qoxu istəyirsinizsə bu qarışıma 5–10 damcı portağal, limon və ya efir yağı əlavə edə bilərsiniz. 🍊

