Kulinariya terminləri olduqca genişdir. Bu gün sizlərə geniş yayılmış və günümüzdə də istifadə olunan terminlər haqqında məlumat verəcəyəm.
A
- Absent – Yaşıl rəngli güclü spirtli içki, yovşan, anis və digər aromatik yağlarla dəmlənmiş üzüm spirtindən hazırlanır.
- Acika (Adjika) – Acı və ədviyyatlı Qafqaz sousu.
- Açma – Bir az qaynadılmış, çox sayda xəmir qatından hazırlanan xaçapurinin bir növüdür
- Ağartmaq – yeməyi süd, xama, qaymaq ilə dadlandırmaq
- A-lya – Hər hansı mətbəx və ya bişirmə tərzini ifadə edir (məs: italyan üslubunda).
- Al dente – Makaronun tam yumşalmadan, diri qalacaq şəkildə bişirilməsi.
- Antipasto – Əsas yeməkdən əvvəl verilən italyan qəlyanaltıları.
- Antre – İlk yeməkdən əvvəl rəsmi şam yeməklərində verilən soyuq qəlyanaltıdır.
- Antrikot – Sümüyə yaxın mal əti hissəsindən hazırlanan biftek.
- Aroma – Yeməyin qoxusu və ətir xüsusiyyəti.
- Artişok – Aralıq dənizi mətbəxində istifadə olunan tərəvəz.
B
- Babaqanuş – Şərq mətbəxinə xas, əsasən ədviyyatlarla qarışdırılaraq püre halına salınmış bişmiş badımcandan ibarət qəlyanaltıdır
- Baget – Uzun formalı fransız çörəyi.
- Balzam sirkəsi (Balsamiko) – Üzüm əsaslı aromatik sirkə.
- Barbekü – Açıq alov üzərində bişirmə üsulu və ya sous.
- Basturma – Qurudulmuş, ədviyyatlı ət.
- Bekon – Duzlanmış və qurudulmuş donuz əti.
- Bento – Yapon mətbəxinə aid laklı ağacdan hazırlanmış yemək qutusu.
- Beze – Yumurta ağı və şəkərdən hazırlanan yüngül desert.
- Beşaməl sousu – Süd, yağ və undan hazırlanan ağ sous.
- Biskvit – Yumurta əsaslı yumşaq xəmir.
- Blanşlama – Qidanın qısa müddət qaynar suda saxlanılıb sonra soyuq suya salınması üsulu.
- Boğça yeməyi (Boul) – Bir qabda servis edilən balanslı yemək.
- Brauni – Şokoladlı, sıx teksturalı desert.
- Brusketta – Qızardılmış çörək üzərində əlavələrlə servis edilən qəlyanaltı.
- Bulyon – Ət, sümük və ya tərəvəzdən qaynadılaraq hazırlanan maye.
- Buğlama – Yeməklərin su buxarı ilə bişirilməsidir.
- Buxarlanma – Maddənin maye halından qaz halına keçməsidir.
C
- Cem – Meyvə və şəkərlə hazırlanan qatı mürəbbə.
- Cız-bız – Ətin yüksək odda tez bişirilməsi üsulu.
Ç
- Çak-çak – Şərbətli xəmirdən desert.
- Çırpmaq – Yumurta, qaymaq və ya sousu hava aldıraraq qarışdırmaq prosesi.
- Çökdürmək – Mayedə olan bərk hissəciklərin dibə çökməsi.
- Çili – Acı bibər.
D
- Dadlandırmaq – Yeməyə duz, ədviyyat və ya sous əlavə etmə prosesi.
- Danqo – Yapışqan düyü unundan hazırlanan, adətən çöpə keçirilmiş mochiyə bənzəyən məşhur bir ənənəvi Yapon şirniyyatıdır
- Desert – Yeməkdən sonra verilən şirniyyat.
- Dolma – Yarpaq və ya tərəvəzin içinin doldurulması ilə hazırlanan yemək.
- Dranik – Şərqi avropa mətbəxinə məxsus rəndələnmiş kartofdan hazırlanan qızartma-oladidir..
- Dresinq – Salat və qəlyanaltıların dadını zənginləşdirmək üçün sousdur (limon şirəsi, sirkə, yağ).
- Droj(Maya) – Xəmirin qalxması üçün istifadə olunan maddə.
- Dzadziqi (və ya tsatsiki) – Yunan mətbəxinə məxsus, qatıq, rəndələnmiş xiyar, sarımsaq, zeytun yağı və göyərti ilə hazırlanan soyuq sousdur.
E
- Eintopf – Alman mətbəxinə məxsus ət, hisə verilmiş sosis, tərəvəz və tərəvəz köklərindən hazırlanan qatı şorbaya bənzər bir güveçdir.
- Emulsiya – Yağ və su kimi qarışmayan maddələrin birləşdirilməsi (məs. mayonez).
Ə
- Ədviyyat – Yeməyə dad və qoxu verən bitki mənşəli məhsullar.
F
- File – Sümüksüz ət və ya balıq hissəsi.
- Fermentasiya – Qidanın təbii yolla yetişməsi və ya turşuması prosesi.
G
- Qanaş – Şokolad və qaymaqdan hazırlanan krem.
- Qarnir və ya Qarnitür – Əsas yeməyin yanında verilən əlavə.
- Qaspaço – Soyuq pomidor şorbası.
- Qlazur – Desertlərin üzərind böyükölçülü bəzəklər hazırlamaq üçün istifadə olunan şəkərli qarışımdır.
- Qovurma – Yağda bişirmə üsulu.
- Qraten – Üstü qızardılaraq sobada bişirilən yemək.
- Qrill – Açıq alov və ya qızdırıcı üzərində bişirmə üsulu.
- Quakamole – Avokadodan hazırlanan Meksika sousu
- Qulyaş – Ət və sousla hazırlanan yemək.
H
- Haşlama – Qidanın suda və ya bulyonda bişirilməsi.
- Həcm ölçüsü – Stəkan, qaşıq kimi ölçü vahidləri.
X
- Xaş – Heyvan sümüyü və ayaq hissəsindən hazırlanan yemək
- Xinkali – Gürcü xəmir yeməyi.
- Xolodes – Sümüklü ətin uzun müddət qaynadılıb soyudulması ilə hazırlanan, öz-özünə jele halına düşən ənənəvi rus mətbəxinə aid soyuq ət yeməyidir.
J
- Jülyen – Kremli sousda sobada bişirilən yemək (əsasən göbələkli).
İ
- İstilik emalı – Qidanın bişirilməsi zamanı istilikdən istifadə.
- İnqrediyent – Reseptdə istifadə olunan maddələr.
K
- Karamel – Əridilmiş şəkər məhsulu.
- Karamelizasiya – Şəkərin istiliklə qızarıb rəng və dad alması.
- Karri – Ədviyyat qarışığı və ya sous.
- Krem-brüle – Üstü karamelli desert.
- Kruton – Qızardılmış çörək kubikləri.
- Kulinariya – Yeməklərin hazırlanması və mətbəx sənəti sahəsi.
M
- Marinad – Ətin və ya tərəvəzin dadlanması üçün sousda saxlanılması.
- Mayalama – Xəmirin şişməsi prosesi.
- Minyon (File minyon) – Ən yumşaq mal əti hissəsi.
- Mitbol (Ət küftəsi) – Xırda ölçülü ət kürəcikləri.
- Moti – Yapışqan düyüdən hazırlanan yapon şirniyyatı.
- Müsli – Taxıl və quru meyvə qarışığı.
- Mus – Havalı krem-desert.
N
- Naços – Qarğıdalı çipsləri.
- Nisbi bişmə – Yeməyin tam deyil, yarımçıq bişirilməsi.
- Nəfis – Dadlı və estetik yemək.
- Nori – Suşi üçün yosun yarpağı.
O
- Orta odda bişirmə – Nə yüksək, nə də zəif istilikdə bişirmə üsulu.
- Ovmaq – Ədviyyatları əllə və ya alətlə əzmək.
P
- Porsiya – Bir nəfərlik yemək miqdarı.
- Ponçik – Qızardılmış şirin xəmir.
- Pesto – Fesleğenli italyan sousu.
- Püre – Əzilmiş, hamar hala gətirilmiş yemək.
Q
- Qızartma – Yağda və ya yağsız yüksək istilikdə bişirmə.
- Qatqı – Yeməyə əlavə edilən əlavələr.
R
- Ratatuy – Fransız tərəvəz yeməyi.
- Reduksiya – Mayenin qaynadılaraq azaldılması və dadının gücləndirilməsi.
- Resept – Yeməyin hazırlanma qaydası.
- Rizotto – Kremli düyü yeməyi.
- Roll – Bükülmüş suşi növü.
S
- Sac tavası – Kiçik və ya byük diametrli qabarıq və ya düz dibli tava
- Salami – Qurudulmuş kolbasa.
- Salat – Çiy və ya bişmiş tərəvəz qarışığı.
- Sashimi – Çiy balıq dilimləri.
- Sous – Yeməyə əlavə dad verən maye qarışıq.
- Sote – Az yağda tez bişirmə üsulu.
Ş
- Şakşuka – Pomidorlu yumurta yeməyi.
- Şaşlıq – Manqalda bişən ət.
- Şafran – Bahalı ədviyyat.
- Şirniyyat – Desert qrupu.
- Şirələndirmə – Yeməyin öz suyunda qalmasını təmin etmək.
- Şəkər tozu – Desertlərdə istifadə olunan incə şəkər.
- Şnitsel – Döyülmüş ət dilimi.
- Şorba – Maye yemək.
T
- Tabule – Göyərtili salat.
- Taco – Meksika yeməyi.
- Tava – Qızartma üçün istifadə olunan mətbəx aləti.
- Temperatur – Bişirmə istilik dərəcəsi.
- Tempura – Xırtıldayan xəmirdə qızartma.
- Teriyaki – Şirin-duzlu sous.
- Tiramisu – Qəhvəli italyan deserti.
- Tofu – Soya pendiri.
- Tortellini – İçlikli makaron.
U
- Udon – Qalın yapon əriştəsi.
- Uxa – Balıq şorbası.
- Unlama – Qidanın unla örtülməsi.
- Uzunmüddətli bişirmə – Aşağı odda yavaş bişirmə üsulu.
V
- Vitamin dəyəri – Qidanın faydalı maddə miqdarı.
- Vurma – Xəmiri və ya qarışığı güclə qarışdırmaq.
Y
- Yağsız bişirmə – Minimum yağla hazırlanma üsulu.
- Yumşaltmaq – Ətin və ya tərəvəzin toxumasını yumşaltmaq.
Z
- Zaatar – Yaxın Şərqə məxsus ədviyyat qarışığı.
- Zavarnoy krem (Bişirilən krem) – Süd və yumurta ilə bişirilərək hazırlanan krem.
- Zavarnoy xəmir – choux xəmiri – Unu qaynar su və ya yağ-su qarışığında bişirərək (dəmləyərək) hazırlanan xüsusi xəmir növüdür. Əsasən yumurta, un, su/süd və yağdan ibarət olan bu xəmir, yüksək nəmlik sayəsində sobada bişirdikdə şişir, içi boş və xırtıldayan olur.
- Zalivnoy (Jelatinli yemək) – Jelatinlə bərkidilən soyuq yemək.
- Zefir – Köpük formalı yumşaq şirniyyat.
- Zirvak – Plovun əsas sousu (ət, soğan, yağ, ədviyyat).
- Zövqə görə – Şəxsi dad seçiminə uyğun miqdar.
Qeyd: Əlavələr etmək istəsəniz mənə məlumat yazmağınızı xahiş edirəm.

