Maraqlı Faktlar

Kimçi şorbasının tarixi

charlesdeluvio jdmembswd70 unsplash

Tarixi:

Bu günümüzə gəlib çatan və kimçi adı ilə tanınan məhşur Koreya turşusunun yaranma tarixi dəqiq məlum deyil. Müasir mənbələrinə görə, kimçi ilə bağlı ən qədim qeydlər eramızdan əvvəl I minilliyə aid edilir. İlk yazılı qeydlər Cənubi Koreyalı tədqiqatçılar tərəfindən erkən Çin şeir toplusu olan “Şi Czin” (Shi Jing) əsərində aşkar edilmişdir.

E.ə. 57 – b.e. 668 illərdə Üç Koreya Krallığı dövründə soyuq qış aylarında tərəvəzləri uzun müddət saxlanılması məqsədilə bu fermentasiya üsulundan istifadə olunmağa başlanmışdır. Kimçi əvvəlcə “Çimçae” (isladılmış tərəvəzlər) adlandırılmış, zamanla “timçae” və “timçae” adlarılmış, daha sonra bu ad “çimçi” və nəhayət, müasir “kimçi”yə çevrilmişdir.

Şila krallığı dövründə vegetarianlığın geniş yayılması kimçi hazırlamasını daha da populyarlaşmasına səbəb olmuşdur.

İlk dövrlərdə tərkibi azsaylı tərəvəzlərdən ibarət olsa da, zamanla qırmızı bibər və müxtəlif ədviyyatların əlavə edilməsi ilə müasir tərkib hissəsinə gəlib çatmış və Koreya mədəniyyətinin simvollarından birinə çevrilmişdir.

Bu gün qırmızı acı bibər əksər kimçi növlərinin ən vacib inqrediyentlərdən biri hesab olunur. Qırmızı bibərlə hazırlanan kimçi haqqında ilk yazılı məlumat 1765-ci ildə nəşr edilmiş bir yemək kitabında yer almışdır. Müasir reseptlərlə demək olar ki, eyni olan kimçi reseptlərinə XIX əsrin əvvəllərinə aid mənbələrdə rast gəlmək olar. XX əsrdə isə kimçinin dadını və rəngini dəyişdirən inqrediyentlər əlavə olunmağa başlanmış və bu da bir çox yeni növün yaranmasına səbəb olmuşdur.

Faydaları:

Kimçi Koreyada əsas qidalardan biri hesab olunur və sağlamlığa bir sıra müsbət təsirlərə malikdir. Fermentasiya zamanı əmələ gələn laktobasillər bağırsaq florasını yaxşılaşdırır, həzmi asanlaşdırır və zərərli bakteriyaların fəaliyyətini zəiflədir. Təbii probiotik və antioksidant olan kimçi immuniteti gücləndirir, xolesterolu azaltmağa kömək edir.

Tərkibindəki sarımsaq və acı bibər maddələr mübadiləsini sürətləndirir, yağların parçalanmasını təşviq edir. Aşağı kalorili və liflə zəngin olması onu pəhriz üçün uyğun edir. Kimçi A vitamini, B qrupu vitaminləri, kalsium və dəmirlə zəngindir və ət yeməklərinin daha rahat həzm olunmasına kömək edir.

Zərəri:

Kimçinin həddindən artıq istehlakı yüksək duz tərkibinə görə sağlamlığa mənfi təsir göstərə bilər. Xüsusilə çox duzlu və ədviyyatlı kimçinin tez-tez qəbulu mədə problemləri və xərçəng riskinin artması ilə əlaqələndirilir. Bu səbəbdən kimçi ölçülü miqdarda istehlak edilməlidir.

Mənbələr:
  • World Health Organization (WHO) – Duz istehlakı və sağlamlıq üzrə hesabatlar
  • Korea Food Research Institute – Kimçi və fermentasiya tədqiqatları
  • Journal of Food Science & Nutrition – Kimçinin probiotik və antioksidant xüsusiyyətləri
  • Health Magazine – “World’s Healthiest Foods” siyahısı
  • Seoul National University – Süd turşusu bakteriyaları ilə bağlı araşdırmalar

Leave a Reply

You may also like...