Gözəllik və Baxım

💆‍♀️✂️🪮🪞 Saç kəsimi və Baxımı

hair tool assortment sakura blossoms
Saç uclarının vaxtında yenilənməsi saç qırılmalarının qarşısını alır, saçın daha səliqəli və sağlam görünməsinə təmin edir.

Saçın kəsilmə tezliyi onun tipindən və məqsədindən asılıdır:

🔹 Qısa saçlar – 3–6 həftədə bir dəfə. Qısa saçların forma tez pozulduğu üçün daha sıx kəsdirmək lazımdır.

🔹Orta uzunluqda saçlar – 6–8 həftədə bir dəfə. Saç uclarının qırılmasının qarşısını almaq üçün.

🔹Uzun saçlar isə – 8–12 həftədə bir dəfə. Xüsusilə uclarda qırıqlar varsa gecikdirməmək lazımdır.


Saçların uzanması, sağlam və canlı görünməsi üçün yalnız vaxtlı-vaxtında kəsim kifayət deyil. Saç uclarının vaxtında yenilənməsi vacibdir. Burada əsas qayğı baş dərisindən başlayır. Mütəmadi terapiya və baş dərisi masajı qan dövranını dəstəkləyir, saç köklərini gücləndirir və saçın daha parlaq görünməsinə təmin edir.

🌿Sağlam saç – düzgün və davamlı qulluğun nəticəsidir. 👩🏼‍🦰

💆‍️Saç masaj növləri:


  • Qısa saçlar: 3–6 həftədə bir
  • Orta uzunluqda saçlar: 6–8 həftədə bir
  • Uzun saçlar: 8–12 həftədə bir

Bəli. Vaxtında ucların yenilənməsi saç qırılmalarını azaldır, saçın daha sağlam və səliqəli görünməsini təmin edir. Lakin saç sağlamlığı üçün baş dərisi qulluq və masaj da vacibdir.

  • Keratin terapiyası: Zədələnmiş, quru və boyalı saçlar üçün, 2–4 ay təsir göstərir.
  • Botoks terapiyası: Saçın iç strukturunu doldurur, elektrikləşməni azaldır, təbii həcm verir.
  • Yağ terapiyası: Kastor, arqan, kokos yağı ilə saç köklərini qidalandırır, həftədə 1–2 dəfə tətbiq olunur.
  • Protein terapiyası: Zəif və elastikliyini itirmiş saçları gücləndirir.
  • Nəmləndirici terapiya: Quru və cansız saçlar üçün, xüsusilə yay və qışda vacibdir.

  • Manual (əl ilə) masaj: 5–10 dəqiqə barmaq ucları ilə dairəvi hərəkət. Qan dövranını stimullaşdırır.
  • Yağlı masaj: İlıq yağlarla aparılır, həm qidalandırır, həm də rahatladır.
  • Elektron masaj cihazları: Vibrasiyalı başlıqlar qan dövranını artırır.
  • Akupressura üsulu: Müəyyən nöqtələrə yüngül təzyiq tətbiq edir, stressi azaldır və saç tökülməsini minimuma endirir.

Xeyr. Kəsmək vacibdir, amma əsas qayğı baş dərisindən başlamalıdır. Mütəmadi terapiya və baş dərisi masajı saç köklərini gücləndirir və saçın parlaq görünməsini təmin edir.

  • Manual və ya yağlı masaj: həftədə 2–3 dəfə kifayətdir.
  • Elektron masaj cihazları və akupressura da həftədə 1–2 dəfə yetərlidir.

Baş dərisinin müəyyən nöqtələrinə yüngül təzyiq tətbiq etmə metodudur. Saç köklərini gücləndirir, qan dövranını stimullaşdırır və stressi azaldır.

🔹 Vibrasiyalı başlıqlı masaj cihazları

  • Dairəvi vibrasiya ilə baş dərisini stimullaşdırır
  • Qan dövranını artırır, saç köklərini “oyadır”

🔹 Infraqırmızı masaj cihazları

  • Yüngül istilik və infraqırmızı şüalarla işləyir
  • Qan damarlarını genişləndirərək dərinin qidalanmasını yaxşılaşdırır

🔹 Elektrostimulyasiya (EMS) cihazları

  • Yüngül elektrik impulslardan istifadə edir
  • Baş dərisi əzələlərini aktivləşdirir və qan dövranını gücləndirir

🔹 Ultrasonik cihazlar

  • Ultrasəs dalğaları ilə dərinin dərin qatlarına nüfuz edir
  • Qan dövranını və hüceyrə metabolizmini dəstəkləyir

Leave a Reply

You may also like...